İrevan ozunu ifsa etdi: Qudse ses verdi, amma…


[r32]
– xeber –
Ermənistanın xarici siyasəti dünyaya məlum olan hansısa prinsiplərlə idarə olunmur.
Bu sözləri Axar.az-a Ermənistanın BMT-də Trampın məlum qərarı və İsrailin maraqları əleyhinə səs verməsi ilə bağlı bəzi suallara aydınlıq gətirən politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Ermənistan Qüdslə bağlı Türkiyənin müəllifi olduğu qətnamə layihəsinin lehinə səs verməklə guya beynəlxalq hüquq normlarına əsaslandığını ortaya qoydu:
“Avropa Birliyi, AŞPA və ATƏT çərçivəsində qəbul olunan müxtəlif bəyannamələrdə sözügedən qurumlara üzv olan ölkələrin ərazi bütövlüyü tanınır. Ermənistanın imzası isə həmin sənədlərin altında var. Bəs onda Ermənistan necə olur ki, Azərbaycanın ərazi bütövlüyünü tanımır?! İrəvan beynəlxalq hüquq normlarını çox yaxşı bilir, ancaq bununla yanaşı, müxtəlif bəhanələrlə beynəlxalq hüququn aliliyini pozur. Erməni siyasi liderləri Qarabağ, Qüds və digər məsələlərdə öz addımlarını doğruldan əsaslar tapmağa çalışırlar. Bu addımlar İrəvanın siyasi kursunun nə dərəcədə zəif, qüsurlu olduğunun göstəricisidir”.
Ekspert Arzu Nağıyevin fikrincə də Ermənistanın BMT-də Qüdsü dəstəkləməsi və bununla da beynəlxalq qanunlara hörmət etdiyini göstərməyə çalışması işğalçının biabırçı siyasətini ortaya qoyub:
“Azərbaycan BMT-də Trampın sözügedən qərarının əleyhinə səs verməklə və müttəfiqi Türkiyənin Qüds təşəbbüsünü dəstəkləməklə beynəlxalq hüquqa hörmətini bir daha nümayiş etdirdi. Bakı bununla bərabər, Rusiya, İraillə əlaqələrində də balansı qoruyur. Ancaq Ermənistan Qüds məsələsindən sadəcə bir vasitə kimi yararlandı. İşğalçının beynəlxalq hüququn yanında yer alması sadəcə cəfəngiyyatdır. Ermənistan BMT-nin Dağlıq Qarabağa dair qətnamələrinə bugünədək məhəl qoymayıb və hələ də qoşunlarını Azərbaycan torpaqlarından çıxarmayıb. İrəvanın biabırçı siyasətini faş etmək üçün təkcə bu fakt yetərlidir. Fikir verin, işğalçı Trampın məlum qərarına qarşı çıxmaqla açıq-aşkar Qarabağa dair illərdir tutduğu mövqeyinin əleyhinə getdi”.
Qeyd edək ki, BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmamasının lehinə 128, əleyhinə 9 səs olmaqla qətnamə qəbul olunub. Səsvermədə 35 ölkə, o cümlədən qonşu Gürcüstan bitərəf qalıb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org