İrevan gizli texribata hazirlasir – Şerh

10:07 – xeber – Ermənistanda gələn il parlament seçkiləri başlayacaq. Çox güman ki, bu ərəfədə İrəvan müəyyən təxribatlara əl atacaq. Artıq bununla bağlı indidən hazırlıqlar  görülür.
 
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert payızda danışıqlar prosesində irəliləyiş olmayacağı təqdirdə Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müharibə ehtimalını mümkün sayıb:
 
“Xarici İşlər naziri Elmar Məmmədyarov bir neçə gün öncə bəyan edib ki, Qarabağla bağlı danışıqlar gedir, sadəcə, detalları açıqlanmır. Bu, o deməkdir ki, hələ müəyyən ümidlər var. Müharibə ehtimalı yüksək olaraq qalsa da, danışıqlar gedir. ABŞ Dövlət katibi Con Kerrinin Qarabağla bağlı bəyanatı isə onu deməyə əsas verir ki, danışıqlar prosesi olduqca çətin keçir”.
 
Politoloq bu kontekstdə Ermənistanda gələn il keçiriləcək parlament seçkisinə toxunaraq burada iştirak edən qüvvələrin müxtəlif populist şüarlarla çıxış edəcəyini dilə gətirib:
 
“Bu kampaniya başlayandan sonra müharibə ehtimalı daha da artacaq. Ancaq hansısa bir irəliləyiş, danışıqların məhsuldar olması üçün Ermənistanın hələ də şansı var. Elə ki parlament seçkiləri başlayacaq, İrəvan müəyyən təxribatlara əl atacaq. Artıq bununla bağlı indidən hazırlıqlar görülür. Bu ehtimalın ərsəyə gəlməsində böyük rolu olan Ermənistan hətta cəbhə bölgəsində gərginlik yaratmaqdan belə çəkinməyəcək”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org