“İrevan bu addimi atsa, Bakidan sarsidici zerbe alacaq”

14:00 – xeber – Ermənistan bir dövlət olaraq məhv ola bilər.
 
Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərli Ermənistanın Qarabağın qondarma rejiminin tanınması ilə bağlı İrəvanda başlayan müzakirələri şərh edərkən deyib.
 
Onun sözlərinə görə, rəsmi İrəvan heç vaxt bu cür risk edə bilməz:
 
“Bu gün Ermənistanın siyasi və hərbi rəhbərliyi çox ağılsız siyasət aparır. Belə addımlarla onlar öz sonlarını yaxınlaşdırırlar. Ermənistan hökumətinin Dağlıq Qarabağın qondarma rejimini tanımağa cəsarəti çatmaz. Bu, sadəcə, oyundur. Bu oyunun da başında Azərbaycana hədə gəlmək istəyi dayanır. Bu da heç bir effekt verməyəcək. Nəzəri baxımdan qondarma qurumun tanınmasının mümkünlüyünü düşünsək, bu, Ermənistanın bir dövlət olaraq məhv olmasına gətirib çıxara bilər. Buna da ermənilər heç vaxt getməz. Narahatlığa ciddi əsas görmürəm. Onlarin içərisində də ağıllı kimsə tapılar və buna imkan verməzlər.
 
Ermənistanın daxilində əsas qüvvələr bu məsələdə birinci olmaq istəmirlər. Ermənilər çox qorxaqdır. Onların bütün addımlarında, siyasi rəhbərliyin çıxışında biz bunu görürük.
 
Azərbaycanın cavabı isə çox sərt və amansız olacaq. Ermənilər belə bir qərarı qəbul etsələr, çox qısa müddətdə bunun ağır nəticələrini görəcəklər”.
 
Xatırladaq ki, Ermənistan hökuməti Qarabağın müstəqilliyinin tanınması haqqında qanun layihəsinin müzakirəsinə başlayıb. Qanun layihəsi müzakirə edilib, Ermənistan parlamentinə göndəriləcək.
 
Qarabağın tanınması ilə bağlı qanun layihəsini müxalif deputatlar Zarui Postancyan və Qrant Baqratyan təqdim ediblər.
 
Azərbaycan bu qanun layihəsini kəskin tənqid edib. Rəsmi Bakı İrəvanın bu addımla Dağlıq Qarabağla bağlı bütün sülh danışıqlarının üstündən xətt çəkəcəyini açıqlayıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org