İrevan Bakiya texribat hazirladi, amma… – Şerh

09:00 – xeber – İlin sonuna qədər Rusiyanın hansısa bir plan təqdim etmək niyyəti var. Plan Azərbaycanı qane etsə, həyata keçiriləcək. Bunun yeganə yolu isə Ermənistana siyasi təzyiqlərdən keçir. Əks təqdirdə güc variantı yenidən işə düşəcək.
 
Bu sözləri Axar.az-a açıqlamasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durumu şərh edən politoloq Fikrət Sadıqov deyib. O, Ermənistanın son addımının ideoloji təxribat olduğunu açıqlayıb:
 
“İrəvan qondarma Dağlıq Qarabağ rejiminin tanınması ilə bağlı məsələni qəsdən bir oyun şəklində gündəmə gətirdi. Məqsəd isə guya Azərbaycana və dünyaya ideoloji təxribat mesajı vermək idi. Ermənistan bununla həm də bir sıra dövlətlərin mövqeyini yoxladı. Ancaq bundan da bir şey çıxmadığını və zərbənin özlərinə geri qayıdacağını anlayıb, geri çəkildilər. Qarabağ məsələsi ətrafında gərginlik səngimir, hətta yaxın gələcəkdə də davam edəcək. Aprel hadisələri sübut etdi ki, Azərbaycan öz torpaqlarını azad etməyə tam hazırdır. İş orasındadır ki, biri var erməni tərəfi bunu başa düşsün, biri də var bundan nəticə çıxarsın. Bütün olanlardan sonra heç bir nəticə çıxarmayacaqlarsa, qan töküləcək. Çünki Azərbaycan artıq hücum mövqeyindədir və xeyli məsafə qət edib. Düzdür, rəsmi Bakı danışıqlardan da imtina etməyib, ancaq əsas mövqeyindən də geri dönməyəcək. Bunu aparıcı dövlətlər də çox yaxşı dərk ediblər. Təsadüfi deyil ki, ilin sonuna qədər Rusiyanın hansısa bir plan təqdim etmək istəyi var. Plan Azərbaycanı qane etsə, həyata keçiriləcək. Bunun yeganə yolu isə Ermənistana siyasi təzyiqlərdən keçir. Əks təqdirdə güc vasitəsi yenidən işə düşəcək”. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org