İrevan Bakinin el-qolunu acir – Muhum gelisme

09:39 – xeber – Ermənistanın qondarma Dağlıq Qarabağ rejimini tanıması bölgədə nəinki bütün status-kvonu dəyişdirər, danışıqlar prosesini alt-üst edər və indiyə qədərki sülh prosesinin üstündən xətt çəkər. Bu isə açıq şəkildə hərbi qarşıdurmanın alovlanması və müharibə deməkdir.
 
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Ermənistanın qondarma Dağlıq Qarabağ separatçı rejimin tanınması ilə bağlı layihəni müzakirəyə çıxarmasını şərh edən sabiq dövlət müşaviri proseslərin Bakının xeyrinə inkişaf etdiyi qənaətindədir:
 
“Ermənistan belə bir riskə getməyəcək. Çünki əks təqdirdə Ermənistan dərhal təcavüzkar dövlət qismində çıxış etmiş olacaq. Beynəlxalq təşkilatlar, xüsusən də BMT-nin Ermənistanı təcavüzkar ölkə elan etməsi bu ölkəyə ağıllarına belə gətirmədikləri sanksiyaların tətbiqinə gətirib çıxara bilər. İrəvan özü də istəmədən Bakının əl-qolunu aça və BMT nizamnaməsinə uyğun olaraq hər cür yaşıl işıq yandırar. Sözügedən məsələ həm beynəlxalq, həm də yaradacağı hüquqi siyasi vəziyyət baxımından Ermənistanın xeyrinə olmayan xoşagəlməz bir durum yarada bilər. Güman edirəm ki, onlar qondarma Dağlıq Qarabağda ikili əlaqələr haqqında müqavilə imzalanması barədə qərar çıxara bilərlər. Bildiyiniz kimi, Azərbaycan tərəfi Rusiyadan Ermənistana silahların daxil olmasına bir şərtlə razıdır ki, həmin silahlar Dağlıq Qarabağda peyda olmasın. İndi də ermənilər görünür, bu müqaviləni imzalamaqla gələcəkdə Dağlıq Qarabağa silah göndərilməsini bir növ qanuni müstəviyə keçirmək istəyirlər. Qarabağın muxtar statusu müəyyən olunmadıqca isə hər hansı bir müqavilənin özü də qanunsuzdur. Bir sözlə, ermənilər hansı addımı atırsa-atsın, hüquqi nonseslə qarşı-qarşıya qalacaqlar. Bu da beynəlxalq aləmdə onların xeyrinə olmayan yeni vəziyyət yaradacaq”.
 
Qeyd edək ki, Ermənistan parlamenti mayın 5-də Dağlıq Qarabağ separatçı rejiminin tanınması ilə bağlı müxalif İrs Partiyasından deputat Zarui Postancyan və eks-baş nazir, hazırkı deputat Hrant Baqratyanın təşəbbüsü ilə irəli sürülən layihəni mayın 10-da parlamentin növbədənkənar iclasında müzakirə çıxaracaq.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org