İrevan 400 rusun qatiline abide qoydu – Rusiyadan etiraz

14:19 – xeber – İrəvanda nasist cinayətkar Qareqin Njdenin xatirəsinə abidənin ucaldılmasına rusiyalı politoloqlar kəskin etirazlarını bildiriblər.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, politoloqlar “Vestnik Kavkaz”a “Rusiyanın müttəfiqləri nasistləri necə qəhrəman edə bilər?” başlıqlı müraciət ünvanlayıblar.
 
Onlar müraciətdə bildiriblər ki, Rusiya televiziyaları, sayt və qəzetləri bu barədə bir kəlmə belə yazmayıb. Ekspertlər bu situasiyanın narahatedici olduğunu dilə gətiriblər:
 
“Rusiyanın düşmənləri müttəfiq ölkələrdə (Ermənistan – red.) qəhrəman kimi təqdim olunur. Bu, Ukraynada aparılan anti-Rusiya siyasətindən daha çox təəccüb doğurur”.
 
Qeyd edək ki, erməni nasistin abidəsinin açılış mərasimi mayın 28-də baş tutub və Ermənistan Prezident Serj Sərkisyan da mərasimə qatılıb.
 
Njde 1 yanvar 1886-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasında anadan olub. 1902-ci ildə Peterburq Universitetinin hüquq fakültəsinə daxil olub və 1904-cü ildə təhsilini yarımçıq qoyaraq erməni millətçilərinə qoşulub. İrana köçərək daşnakların orada təşkil etdiyi hərbi məktəbdə təhsil alıb. Daşnaksütuna üzv olub və Njde ləqəbini alıb. I Balkan müharibəsində Osmanlı imperiyasına qarşı döyüşlərdə iştirak edib.
 
Erməni şahidlərinin ifadələrinə görə, 1920-ci ilin dekabr və 1921-ci ilin yanvar ayları ərzində Zəngəzurun Tatev dərəsində Njdenin rəhbərliyi altında Qızıl ordunun 400-dən çox rus əsgəri və kommunist güllələnib.
 
Ermənistanın SSRİ tərəfindən işğalından sonra o, Bolqarıstana qaçıb.
 
1933-cü ilin yayında ABŞ-a köçüb və “Seqakron” hərəkatını təsis edib (qatı millətçi, faktiki faşist ideologiyasına malik təşkilat). 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılıb və faşist Almaniyası ilə əlaqələr yaradıb.
 
15 dekabr 1942-ci ildə Njde almanların yaratdığı "Erməni milli şurası"nın 7 üzvündən biri olub. Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə SSRİ-yə qarşı vuruşub.
 
Sovet ordusu Bolqarıstana girəndə Njde müharibənin sonunun yaxınlaşdığını görərək özünə yeni müttəfiqlər axtarıb və sovet generalı Tobluxinə məktubla müraciət edib.
 
Lakin sovet hərbi əks-kəşfiyyatı onu həbs edərək Moskvaya göndərib. Bir müddət Dövlət Təhlükəsizlik Nazirliyinin həbsxanasında qaldıqdan sonra Njde İrəvana göndərilərək məhkəmə qarşısına çıxarılıb. Məhkəmə zamanı Qaregin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinərək 25 il həbs cəzasına məhkum olunub.
 
Njde 21 dekabr 1955-ci ildə həbsxanada ölüb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org