İraqda azerbaycanlilarin qetliaminin 26-ci ildonumu – Foto


[r32]
– xeber –
Biz bir millətin övladlarıyıq, Kərkükə, Telafərə gedəndə, elə bilirsən Azərbaycanın bir bölgəsindəsən, eyni dil, eyni ləhcə, eyni millətin övladları yaşayır orada.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin 1991-ci ildə Altınköprüdə İraq türkmanlarına qarşı törədilən qətliamın 26-cı ildönümü ilə bağlı təşkil etdiyi tədbirdə çıxışı zamanı deyib. Q.Paşayeva bildirib ki, Altınköprüdə qardaş-bacılarımıza qarşı törədilən o dəhşətli qətliamı unutmayacağıq və unutdurmayacağıq:
“Səddam Hüseyn zülmündən İraq türkmanlarının çox əziyyət çəkib, amma təəssüf ki, Səddam Hüseynin devrilməsindən sonra da türkmanların əzabları bitmədi və hələ də davam edir. İraq türkmanlarının son 60 ildə yaşadıqları acılar və onların getdikcə daha da artması, evlərindən didərgin salan səbəbləri türk dünyası yaxşı bilməli və qardaş-bacılarımıza dəstək olmalıdır".
Millət vəkili Azərbaycanın hər zaman türk dünyası, İraq türkmanları ilə bağlı məsələlərə həssaslıqla yanaşdığını deyərək, türk dünyası, türk dövlət və toplumlarının İraq türkmanlarına dəstək və səylərini artırmalarının vacibliyini vurğulayıb. O, İraq və Suriyada türkman qardaş-bacılarımızın vəziyyəti ilə bağlı AŞPA-da təkrar çıxış edərək avropalıları onlara daha çox dəstək göstərməyə çağırdığını, bu günə qədər olduğu kimi bundan sonra da iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə İraq və Suriya türkmanlarının vəziyyətini hər zaman diqqətə çatdırmağa çalşacağını bildirib.
Tədbirdə İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin rəhbərləri Məhəmməd Tütünçü, Kamal Bayatlı, xalq şairi Sabir Rüstəmxanlı da çıxış edərək türk dünyasının İraq türkmənlərinə daha çox dəstək göstərməsinin vacibliyini vurğulayıblar.
Tədbirin sonunda İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin teatr kollektivi Altınkörpü qətliamı ilə bağlı tamaşa nümayiş etdirib. Tədbirdən sonra millət vəkili Q.Paşayeva İraq Türkmanları təşkilatlarının rəhbərləri ilə də görüşüb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org