27 Dekabr 2015 21:34 – xeber –
İraq qüvvələri özünü "İslam Dövləti" adlandıran qruplaşmanın zəbt etdiyi Ramadi şəhərinə daxil olub, mənbələr BBC-ə bildirib.
Olkem.az "BBC Azərbaycanca"ya istinadən xəbər verir ki, hökümət həftələrdir Ramadini geyi qaytarmağa cəhd edirdi, amma bu, həmişə uğurlu olmurdu.
Son günlərdə qoşunlar şəhəri küçə-küçə, bina-bina geri qaytarmağa başlayıb.
Snayper atəşinin dayanmasından sonra kəşfiyyat rabitəsi hərəkətsizlik hiss etdikdən sonra qüvvələr irəliləyib.
ID silahlılarının şəhərin şimal-şərqinə qaçdığı güman edilir.
Hazırda döyüşlər şəhərin cənub qərbində davam etdirilir.
Əsasən sünni müsəlmanların yerləşdiyi bu şəhər Bağdadın qərbində yerləşir.
İD şəhəri mayda ələ keçirib.
mənbə : milli.az