14:08 – xeber – İran son günlərdə baş verən terror hücumlarına görə Türkiyəyə gedən vətəndaşlarına xəbərdarlıq edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, İranın Ankara səfirliyi vətəndaşlardan insanların çox olduğu yerlərə getməməsini istəyib və Türkiyə rəsmilərinin təhlükəsizliklə bağlı xəbərdarlıqlarına riayət etmələri tələb olunub.
Qeyd edək ki, iyunun 7-də İstanbulda, 8-ində isə Mardində terror törədilib.