İrandan Rusiyaya xususi


[r32]
– xeber –
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasiminin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlaması mesaj əhəmiyyəti daşıyır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözlər politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı növbəti şərhində əksini tapıb. Siyasi şərhçi hesab edir ki, iranlı diplomatın fikirləri Tehranın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasını ortaya qoyur:
“İranlı diplomat “xalqlar” ifadəsini cəm halında işlətmir. Əgər o, Azərbaycan xalqının mövqeyini nəzərdə tutursa, bu halda Azərbaycan cəmiyyətnin məsələyə münasibəti bəllidir: işğal altındakı torpaqlar istənilən yolla azad olunmalıdır! Əgər iranlı diplomat Dağlıq Qarabağda yaşayan erməniləri nəzərdə tutursa, onlar separatçı liderlərinin təzyiqi altındadırlar və indiki durumun davam etməsini istəyirlər. Yəni ortada bir-birinə zidd iki xalq mövqeyi var və elə buna görə də münaqişənin həlli uzanır”.
Politoloq iranlı diplomatın “çoxlu faktorlar biləşməlidir ki, münaqişə həll olunsun” və “münaqişənin həlli bütün amillərin həmrəyliyi ilə mümkündür” fikirlərinin də maraqlı olduğunu bildirib:
“Azərbaycan üçün əsas faktor ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması və məcburi köçkünlərin geri qayıtmasıdır. Ermənistan üçün tam tərsinə – statusu müəyyənləşdirən referendumun keçirilməsidir. Bu iki yanaşma da eyni sənəddə əks oluna bilmir. Elə buna görədir ki, Minsk Qrupu 20 ildən çoxdur bu iki ziddiyətli prinsipi vahid sənədə daxil edə bilmir və danışıqlar nəticə vermir”.
E.Şahinoğlu iranlı diplomatın “bu böhranı bir şəxs və ya bir ölkə həll edə bilməz” fikrini isə Rusiyaya aid edib:
“Çünki son illərdə Fransa və ABŞ faktiki Dağlıq Qarabağ münaqişəsinin həlliylə məşğul olmur. Münaqişənin həllindəki əsas vasitəçi Rusiyadır. Son illərdə prezident və xarici işlər nazirlərinin görüşləri məhz Rusiyada keçirilir. Ona görə də iranlı diplomat “bir ölkə” deyərkən böyük ehtimalla, Rusiyanı nəzərdə tutub. Bu o deməkdir ki, Tehran Rusiyanın təkbaşına vasitəçiliyinə qısqanclıqla yanaşır, Tehranın da bölgədəki maraqlarının nəzərə almasını istəyir.
Maraqlı sitiuasiya yaranır. Tehranla Moskva Suriya məsələsində və ABŞ-a qarşı müqavimətdə müttəfiqdirlər. Ancaq Qarabağ məsələsinin həllində Tehran Moskva ilə fikir ayrılığına malikdir. İranın iki qonşusu – Azərbaycan və Ermənistanla sıx əlaqələri var. Ona görə də Tehran arzu edir ki, Bakı, İrəvan və Moskva Qarabağ danışıqlarında İranın da regional oyunçu statusunu nəzərə alsınlar”.
Politoloq qeyd edib ki, Bakı, İrəvan və Moskva Tehranla əməkdaşlıqda maraqlıdırlar, ancaq hər üç ölkə İranın Qarabağ münaqişəsinin həllindəki vasitəçilik təşəbbüslərinə ehtiyatla yanaşır:
“Hər 3 ölkənin öz arqumentləri var. Rusiyanın arqumentinə görə, Moskvanın Cənubi Qafqazdakı maraqları ona imkan verir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində başqa ölkə ilə məsləhətləşməsin və bu mənada Tehranla dialoqa ehtiyacı yoxdur.
Ermənistanın arqumenti budur ki, Tehran İrəvanla sıx əlaqələrə malik olsa da, Ermənistan hakimiyyəti İranın Qarabağ münaqişəsinin həllindəki fəallığına şübhəylə yanaşır və İranın son anda müsəlman qonşusunun tərəfini tuta biləcəyindən qorxur. İrəvan eyni zamanda, İranda yaşayan azərbaycanlıların Tehranın Qarabağ siyasətinə təsir imkanlarından çəkinir.
Azərbaycanın arqumenti isə budur ki, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, Ermənistanla şübhəli əlaqələrə malikdir, bu ölkə ilə ortaq layihələr həyata keçirir və Tehran birmənalı olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini səsləndirmir.
Bu arqumentlər ondan xəbər verir ki, İranın Cənubi Qafqaz siyasətində suallar çoxdur və heç bir qonşusu ona sona qədər etibar etmir”.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı verdiyi açıqlamada münaqişənin həllində iki əsas amilin – zaman və münaqişə tərəflərinin ciddiliyinin əsas rol oynadığını bildirib:
“Münaqişənin həllində çoxlu faktorlar rol oynayır və sonda onların hamısı birləşməlidir ki, böhran həllini tapsın. Bu böhranın bir şəxs və ya ölkə tərəfindən həll edilə biləcəyi ilə bağlı söylənən fikirlər düzgün deyil. Münaqişənin çözümü onun həllində rolu ola biləcək bütün amillərin həmrəyliyi ilə mümkündür. Qarabağ böhranını xalqın roluna diqqət etmədən həll etmək mümkün deyil. Xalqın bu münaqişənin həllində rolu həlledici olacaq”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org