İrandan islam adina rezalet

18:56 – xeber – Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. 

Partiyanın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsi çərçivəsində BAXCP İdarə Heyətinin diqqət çəkdiyi əsas məsələlərdən biri İranın Ermənistanla münasibətini strateji səviyyəyə qaldırması istiqamətində atdığı addımlar və rəsmi Tehranın İrəvanı “ən yaxın müttəfiqi” kimi dəyərləndirməsi olub.

BAXCP İdarə Heyəti İranın fars-molla rejiminin bu əməllərini islam və haqq adına həqarət kimi dəyərləndirib: “BAXCP İdarə Heyəti hesab edir ki, özünü İran İslam Respublikası adlandıran bir ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlayan, 1 milyon müsəlman azərbaycanlını öz ev-eşiyindən didərgin salan, islam mədəniyyətinə məxsus dəyərli abidələri, məscidləri, müsəlmanların qəbirlərini uçuran, təhqir edən Ermənistanı müqəddəs Ramazan ayında utanmadan “müttəfiq” adlandırması rəzalətdən, şərə, zülmə dayaq durmaqdan, islamın müqəddəs dəyərlərinə meydan oxumaqdan başqa bir şey deyil və lənətlənmişlərin seçimidir!”
BAXCP İdarə Heyətinin qənaətinə görə, İranın fars-molla rejiminin təmsilçilərinin azərbaycanlılara qarşı soyqırım həyata keçirən, əli onminlərlə günahsız insanın qanına bulaşan Ermənistan rəsmilərini müttəfiq gözündə görməsi rəsmi Tehranın bu cinayətlərə şərik olması anlamına gəlir: “Rəsmi Tehranın bu hərəkətləri İran İslam Respublikasının vətəndaşları hesab olunan, sayı 30 milyondan çox olan azərbaycanlıların da aşağılanması, təhqir olunmasıdır”.

BAXCP Azərbaycan hökumətini İran İslam Respublikasının ərazisində, öz tarixi vətənlərində yaşayan azərbaycanlıların hüquqlarını beynəlxalq təşkilatlar çərçivəsində açıq və qətiyyətlə müdafiə etməyə çağırıb.
BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan hökuməti İsraillə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırmalı və bu ölkədə Azərbaycan səfirliyinin açıqlması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirməlidir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org