İrana narahatligimizi bildirmeliyik – Deputat

22:18 – xeber – Bu gün Milli Məclisdə İran İslam Respublikası ilə imzalanmış bir sıra sənədlərin müzakirəsi zamanı çıxış edən millət vəkili Q.Paşayeva deyib ki, İranla əməkdaşlığın inkişafını dəstəkləyirik, amma bəzi məsələlərlə bağlı narahatlığımızı da buradan açıq şəkildə bildirməliyik. 
 
Axar.az xəbər verir ki, İranın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan işğalçı Ermənistanla çox sıx əməkdaşlığına toxunan millət vəkili Q.Paşayeva bunun hər bir azərbaycanlını ciddi narahat etdiyini diqqətə çatdırıb və bildirib ki, seçicilərinin fikirlərini ifadə edən millət vəkillərinin bu istiqamətdə səsləndirdiyi fikirləri İran rəsmilərinin, millət vəkillərinin diqqətə alması vacibdir:
 
"Əhalisinin təxminən yarısı azərbaycanlı olan İran dövlətinin Azərbaycan torpaqlarını işğal altında saxlayan bir ölkə ilə, Ermənistanla bu qədər sıx əməkdaşlığı bizim hamımızı ciddi narahat edir və biz İran dövlətinin işğalçı Ermənistanla bağlı siyasətində dəyişikliklər etməsini istəyirik. Orada yaşayan azərbaycanlılar da təbii ki, bu fikirdədir. Bundan başqa, İran dövləti ən yüksək səviyyədə bütün açıqlamalarında müsəlman həmrəyliyindən danışır. Təbii ki, belə bir halda Azərbaycan torpaqlarını 20 ildən artıqdır ki, işğalda saxlayan işğalçı Ermənistanla bu qədər sıx münasibətlər, dəstək anlaşılan deyil və biz, bütün azərbaycanlılar İrandan işğalçı Ermənistana qarşı sərt münasibət gözləyirik.
 
Azərbaycan dövlət rəsmiləri, din xadimləri, KİV-ləri hər zaman İranla münasibətlərdə daxili işlərə qarşımamaq həssaslığına önəm verirlər və biz qarşı tərəfin bir sıra din adamları, millət vəkilləri, siyasətçiləri və KİV-lərindən də eyni həssaslığı gözləyirik. Azərbaycanın daxili işlərinə qarışan, münasibətlərə ciddi zərər vuran açıqlamalar olmamalıdır. Eyni zamanda, biz İran dövlətini işğalçı Ermənistanla münasibətlərə yenidən baxmağa çağırırıq". 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org