İran guclenir: Muharibe daha aktiv fazaya kececek

00:09 – xeber – Qərblə münasibətlərdəki müəyyən irəliləyişlər Tehranın Suriya siyasətini dəyişməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib. Analitikin fikrincə, əksinə, Qərblə iqtisadi əlaqələr İranın güclənməsinə səbəb olacaq və bu, Suriya siyasətində daha qabarıq görünəcək:

“Suriyada proseslər hazırkı axarında davam edəcək. Düşünmürəm ki, sanksiyaların ləğvi və ya Qərblə münasibətlərdə müəyyən irəliləyişlər rəsmi Tehranın Suriya siyasətini yumşaltmasına səbəb olsun. İstər Əsəd, istərsə də Suriyanın özü İran üçün prinsipialdır və milli məsələ səviyyəsində qəbul edilir. Əksinə, deyə bilərik ki, İran iqtisadi mövqelərini gücləndirməklə Yaxın Şərqdə baş verən proseslərdə daha aktiv rol almağa can atacaq. Bu isə yeni və daha açıq müstəvidə cərəyan edəcək münaqişələrin meydana çıxmasına səbəb olacaq”.

İranın əldə etdiyi uğurların Rusiya tərəfindən qısqanclıqla qarşılanmadığını deyən ekspert iqtisadi sövdələşmənin siyasi maraqlara qurban getməyəcəyi qənaətindədir:

“Sadəcə, İran neft və qaz ixracatçısı olaraq zatən Rusiyanın bazarına girəcək ki, bunun özü artıq onsuz da iqtisadi durumu olduqca ağır olan şimal qonşumuzu daha çətin vəziyyətə salacaq. Qərb onsuz da İrana yanacağın alternativ mənbəyi kimi baxır. Lakin bunun geo-siyasi nöqteyi-nəzərdən Rusiya və İran arasında ciddi fikir ayrılıqlarına təkan verəcəyinə inanmıram. İran-Rusiya tandemi Yaxın Şərqdə bir çox məqamlarda maraqların üst-üstə düşməsi ilə yaranmış təbii birlikdir. Digər tərəfdən, həm İran, həm də Rusiya öz iqtisadi maraqlarını geosiyasi hədəflərinə qurban verməyi bacaran ölkələrdir. O başqa məsələdir ki, Rusiyanın bir dövlət olaraq mövcud siyasi ambisiyaları ilə iqtisadi imkanları tərs-mütənasibdir”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org