16:36 – xeber – İraqın Fəllucə şəhərində İŞİD-ə qarşı başladılan əməliyyatlara İranın Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur və SEPAH-ın Qüds briqadasının komandiri Qasım Süleymani də qatılıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, İran mediası Pakpur və Süleymaninin əməliyyatlarda iştirak etməsini göstərən foto paylaşıb.
Qeyd edək ki, Fəllucə 2014-cü ilin yanvarında İŞİD tərəfindən tutulub. 2016-cı il mayın 23-də şəhəri geri almaq üçün İraq ordusu əməliyyatlara start verib. Ordu 2 gün öncə şəhərin mərkəzinə girməyi bacarıb. İŞİD-in şəhərin azad olunmamış bölgələrində uşaqlardan canlı qalxan kimi istifadə etdiyi bildirilir.