İran Azerbaycan ucun viza rejimini sadelesdirir

22:27 – xeber – Azərbaycan və İran arasında sabah 10 əməkdaşlıq sazişinin tam razılaşdırılması gözlənilir.
 
Bunu APA-ya açıqlamasında İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi deyib.
 
M. Vaezi bildirib ki, bu sənədlər iki ölkənin müştərək komissiyasının birgə fəaliyyəti nəticəsində imzalanmağa hazırlanıb.
 
O deyib ki, Azərbaycan İran vətəndaşları üçün vizanı ləğv etməyəcək, lakin müzakirələrdə viza rejiminin sadələşdirilməsi haqqında razılığa gəlinib və bu, icra olunacaq. “Prezident İlham Əliyevin İrana səfəri zamanı razılaşdırılmış bütün sənədlər imzalanacaq. Bu sənədlərin imzalanması əlaqələrin inkişafına təkan verəcək”
 
Nazir deyib ki, hər iki ölkənin insanları qarşılıqlı səfərlər etməkdə maraqlıdır. “Ötən 20 il ərzində İran və Azərbaycanın arasında əlaqələr indiki səviyyədə olmayıb və bu sevindirici haldır. Ötən iki il ərzində iki ölkənin rəsmiləri arasında 55 görüş keçirilib.”
 
M.Vaezi deyib ki, prezidentlər iki ölkənin əlaqələrinin inkişafında diqqət olunacaq rola malik olub və onun bu rolu əlaqələrin inkişafında çox təsiredici olub.
 
O deyib ki, hökumətlərarası komissiya iki ölkənin əlaqələrinin inkişafı üçün təşkil olunub və komissiyanın təşkili əlaqələrin inkişafına təkan verib.
 
“Komissiyada yük daşımaları, energetika, səhiyyə, qadın məsələləri üzrə komitələr təşkil edib və bu komitələrdəki müzakirələrdə yaxşı nəticələr əldə olunub” deyə M. Vaezi bildirib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org