İordaniya metbuatinda Bakinin ugurlari ile bagli – Meqale

21:10 – xeber – İordaniyanın “Uruba” xəbər agentliyində sentyabrın 29-30-da Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumu haqqında məqalə yerləşdirilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, məqalədə forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndənin, həmçinin İordaniyanın böyük nümayəndə heyətinin iştirak etdiyi bildirilir.
 
Eyni zamanda, məqalədə Prezident İlham Əliyev ilə Kral II Abdullah arasındakı şəxsi dostluq münasibətlərinə toxunulub, bu Forumun ikitərəfli əlaqələrin inkişaf etdirilməsində böyük rol oynayacağı vurğulanıb. Yazıda beşinci Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycanın insan haqlarına verdiyi böyük töhfənin bariz nümunəsi olduğu bildirilir.
 
Azərbaycanın 2016-cı ildə bir sıra tədbirlərə, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, jurnalistlərin ümumi məsələlərdə səylərinin birləşdirilməsi ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının Jurnalistlər Assosiasiyasının konfransına ev sahibliyi etməsi vurğulanır.
 
Məqalədə, V Bakı Beynəlxalq Humanitar Forumu ilə yanaşı, Azərbaycanda keçirilən “ADEX 2016” beynəlxalq müdafiə sərgisindən və İordaniyanın sözügedən sərgidə iştirakından geniş bəhs edilir.
 
Yazıda Roma Papası Fransiskin Bakıya səfərindən də söhbət açılır. Bildirilir ki, Roma Papası Azərbaycana səfəri zamanı Qafqazda sülhün bərqərar olunmasının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
 
Bununla yanaşı, məqalədə Azərbaycanın son on ildə qazandığı nailiyyətlərdən bəhs edilir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org