"İnter" geri cekildi, "Neftci" Avroliqada

– xeber – Bakı “İnter”i bu mövsüm avrokuboklarda oynamaq istəyindən geri çəkilib.

 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

 

Məlumatda qeyd edilir: “30 mart 2016-cı il tarixdə UEFA CFCB-nin Məhkəmə Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”PİK-i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazandığı birinci mövsümdə  iştirak hüququndan məhrum edib. İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququndan yararlanan “İnter”PİK və onun mənafeyini qoruyan hüquq şirkəti işlə bağlı zəruri sənədləri toplayaraq, 11 aprel 2016-cı il tarixdə CAS-a müraciət etmiş və bu qərara yenidən baxılmasını xahiş edib. “İnter”PİK-in işlə bağlı zəruri sənədlər toplusunu qəbul etmiş CAS qarşı tərəfə (UEFA) işlə bağlı 20 gün ərzində rəsmi mövqe bildirmək üçün vaxt verib.

 

Ötən müddət ərzində UEFA işlə bağlı mövqeyinin əks olunduğu sənədləri CAS-a və bir nüsxəsini “İnter”PİK-ə ünvanlayıb. “İnter”PİK-in rəhbərliyi UEFA-nın sənədləri ilə tanış olub və CFCB-nin Məhkəmə Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarının CAS tərəfindən ləğv edilməsi ehtimalının çox az olması qənaətinə gələrək və klubun maliyyə vəsaitinin qorunmasını təmin etmək məqsədi ilə şikayətini geri çağırmaq barədə qərar qəbul edib. Həmçinin, “İnter”PİK-in cari mövsümdə Avropa Liqası zonasına düşməsi və UEFA-nın cəzasının bu il çəkilməsi CAS-a şikayətin geri götürülməsini şərtləndirən səbəblərdən biri olub”.

 

Qeyd edək ki, bununla da cari mövsüm Avroliqada Azərbaycanı təmsil edəcək dördüncü klubun “Neftçi” olması rəsmiləşib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org