"İnsani bele alcaltmaq olmaz" – Mugenniler gileylendiler

19 Fevral 2016 16:51 – xeber –
Müasir dövrdə "sosial şəbəkə xəstəliyi"nə yoluxanların sayı günü-gündən artır. Bundan ən çox əziyyət çəkənlər isə tanınmış simalardır. Onların paylaşımlarını hər gün on minlərlə insan izləyirlər. Bu paylaşınlara kimi tərif, kimi tənqid, kimi isə təhqir dolu cümlələr yazır.
Axşam.az tanınmışlar arasında sorğu apararaq, onların sosial şəbəkədəki fəaliyyətlərini soruşub:
Əməkdar artist Almaz Ələsgərli həm Feysbuk-da, həm də İnstaqram-da oturduğunu bildirib:
"Hər iki sosial şəbəkənin fəal iştirakçılarındanam. Amma mənə heç kim təhqir yazmır. Bir vaxtlar adıma saxta profillər açılmışdı, indi heç onlar da yoxdur".
Əməkdar artist Aybəniz Haşımova müğənnilərə çox təhqir yazılmasından şikayətlənib:
"Öz başıma belə hadisə gəlməyib. Başqa ifaçıların paylaşımlarında təhqirlər oxumuşam. Mənim sosial şəbəkəmə tələbələrim də nəzarət edir. Bəlkə olur, onlar silir. Sağlam  tənqid normaldır. Amma insanın şəxsiyyətini vicdansızcasına alçaltmaq düz deyil".
Aparıcı Afaq Gəncəli İnstaqram-dan yorulduğunu və silmək istədiyini deyib:
"Hərdən elə istəyirəm ki, silim, canım qurtarsın. Amma vərdişim buna mane olur. Düşünürəm ki, başımı nəylə qatacam? Düzgün olmayan şərhlər, tənqidlər yazırlar. Adam dəhşətə gəlir".
Aparıcı Cavid Gül təhqir yazanı "qara siyahıya" atdığını deyib:
"Bəzən tənqid, bəzənsə təhqir yazırlar. Əvvəl düşünürdüm ki, həmin insanı tapım, cəzasın verim. Amma şərhi silib, izləyicini "qara siyahı"ya atmaq ən yaxşı vasitədir".
Müğənni Emil Bədəlov hər zaman paylaşdıqlarına diqqət etdiyini bildirib:
"Sosial şəbəkələrdə hər zaman diqqətli olmaq lazımdır. Yazılanlara da cavab yazanda ehtiyatlı olmalısan. Fəal üzvlərdən biriyəm. Bir-iki dəfə təhqir yazan olmuşdu, çalışdım tapım. Amma sonra gördüm ki, boş yerə özümü əsəbiləşdirirəm. Tənqidi şərhlərə cavab vermirəm, onları silirəm".
Müğənni Samira Allahverdi "Neqativ şərhlər yazırlar. Onu silmirəm. Təhqir etsə "qara siyahı"ya salaram. Amma təhqirə keçən olmayıb" deyə, söyləyib. 
Aparıcı Nərgiz Vahabqızı tənqid yazanları paxıl adlandırıb:
"Sosial şəbəkədə gənc qızlar çox tənqid yazırlar. Onlara isə əhəmiyyət vermirəm. Çünki hamısı paxıllıqdan irəli gəlir. Təhqir edəni isə aradan qaldırmaq asandır. Atırsan "qara siyahı"ya bitib gedir".
Aktrisa Ülviyyə Əliyeva İnstaqram xəstəliyinə yoluxmadığını deyib:
"Təkcə Feysbuk-da varam. Onu da ancaq xəbərləri oxumaq üçün istifadə edirəm. Dostluğumda tanımadığım insanlar olmadığı üçün mənə təhqir yazanlar da yoxdur. Hələ ki İnstaqram xəstəliyinə yoluxmmışam".
Müğənni Əbdül Xalid paylaşdığı şəkillərə ciddi nəzarət etdiyini vurğulayıb:
"İnstaqramda varam. Yazılanlara nəzarət edirəm. Elə edirəm ki, heç vaxt təhqir yazmırlar. Amma mən səni bəyənmədim yazanlar var onu silmirəm. Məcbur deyil ki, hamı məni bəyənsin". 
Müğənni Kərim Abbasov isə heç bir sosial şəbəkədə olmadığını deyib:
"Mən sosial şəbəkədə yoxam. Profilimi köməkçim istifadə edir. Şəkillərim olanda da ona göndərirəm, yerləşdirir".

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org