27 May 2016 17:39 – xeber –
İtalyan müğənni İnqrid Bakıda konsert verib.
Axşam.az-ın məlumatına görə, "Elit hall"da baş tutan gecədə ifaçı "Ümid yağışı" albomuna daxil edilən mahnıları oxuyub.
Bəstələrin əksəriyyətini İnqrid Azərbaycan dilində səsləndirib. O, gecədə tamaşaçılarla söhbət də edib.
Xatırladaq ki, albomdakı mahnıların musiqisi Alxanlıya, sözləri Gövhər Həsənzadəyə məxsusdur. Mahnıların studiya yazarı Samir Əsədov, aranjmanı isə Yaşar Baxışındır.
Tədbirin aparıcısı Leyla Quliyeva olub. Gecədə "Nero" qrupu bir-birindən maraqlı rəqslər nümayiş etdirib.
İnqridin "Sarı gəlin"i ifa etməsi alqışlarla qarşılanıb. Müğənni Vaqif Nağıyevlə birlikdə duetini də səsləndirib.