İmtina etsek, 100 milyon cerimelenerik – Nazir

23:04 – xeber – “”Formula 1” tərəfindən tərtib edilən müqavilədə nəzərdə tutulub ki, 5 il biz bu yarışı keçirməliyik. Əgər hansısa bir ildən sonra bu yarışı keçirməkdən imtina etsək 100 milyon dollaradək cərimələnə bilərik”.
 
Bu sözləri ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandıran gənclər və idman naziri Azad Rəhimov deyib.
 
Artıq yarışlara baxmaq üçün 2 milyondan çox biletin satıldığını söyləyən nazir biletlərin 70%-nin yerli əhali, 30%-nin isə xarici vətəndaşlar tərəfindən alındığını bildirib.
 
Çəkilən xərclərə toxunan Azad Rəhimov yarışlara sərf edilən üzvlük haqqının kommersiya sirri olduğunu, yalnız “Formula 1” rəhbərliyinin bu rəqəmləri açıqlayacağı təqdirdə söyləmək iqtidarında olduğunu qeyd edib. Onun sözlərinə görə, bu günə qədər asfalt örtüyünü dəyişilməsinə ölkəmiz 12 milyon manat sərf eedib. “Formula 1”in əməliyyat şirkətinin büdcəsinin isə 100 milyon manatı aşmayacaq.
 
Azad Rəhimov ölkəmizdə insanların “Formula 1” yarışlarına münasibətindən danışarkən bildirib ki, bu, spesifik idman növüdür: "Onun xüsusi azarkeşləri var. Bu yarışları izləmək üçün bütün dünyanı gəzirlər. Azərbaycanda isə əksinə çox az adam tapılar ki, bu idman növü ilə dərindən tanış olmuş olsun. Bu mədəniyyət ölkəmizdə sıfırdan yaranmalıdır. Bu idman növü opera-balet kimi bir şeydir – ya sevirsən, ya da sevmirsən”.
 

 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org