İmtahanda butun suallari duzgun cavablandirdi


[r32]
– xeber –
Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir.
Təhsil Nazirliyindən verilən məlumata görə, iyulun 25-dən start verilən imtahanlarda indiyədək 30 minə yaxın namizəd iştirak edib.
Namizədlər 90 dəqiqə ərzində ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırıblar.
Oxu.az xəbər verir ki, elə müəllimlər var ki, 60 sualı doğru cavablandıraraq tam bal toplayıb. Onlardan biri də Gədəbəy orta məktəbində tədris keçən Aybəniz Əsgərovadır.
Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirən A. Əsgərova iki il Gədəbəydə dərs deyib. Hazırda isə Bakıya yerdəyişmə etmək istəyir:
“Suallar yaxşı idi. Ancaq kurrikulum rast gəlmədiyim suallar idi. Məntiqlə düşünüb tapmaq olardı. Diqqətlə oxudum, düşündüm, maksimum al topladım. İmtahan çox rahat idi. Biliyi olan mütləq qazanır. Çox sevinirəm ki, qəbul imtahanla aparılır və yalnız ən güclülər qazanır.
Digər bir 60 bal toplayan müəllim isə Günay Allahverdiyevadır. Məcburi köçkün olan G. Allahverdiyeva sırf müəllimlik imtahanı üçün yox, savadlı müəllim olmaq üçün hər zaman çalışdığını bildirib: Müəllimlik fəaliyyətinə başlayacağım üçün çox həyəcanlıyam. Biliyi olan qazanır və haqqını əldə edir”.
Qeyd edək ki, imtahanlar bu gün yekunlaşıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org