İmrani sikest eden sahibkarla razilasma olub?

08:45 – xeber – Xaçmaz Rayon Məhkəməsinin İmran Cəfərzadənin ayağını itirməsinə görə kəsdiyi 70 min manat mənəvi təzminat qərarının icra olunmaması barədə məlumatlar doğru deyil.
 
Bu sözləri Axar.az-a Xaçmaz Rayon Məhkəməsinin icra şöbəsinin müdiri Oqtay adlı şəxs deyib.
 
Onun sözlərinə görə, zərərçəkənin ailəsi ilə “Nabran Village Holiday” istirahət mərkəzinin rəhbərliyi arasında razılıq əldə olunub. Oqtay müəllim, “hansı razılıqdan söhbət gedir?”, – sualını isə cavabsız qoyub.
 
İmran Cəfərzadənin anası Nuridə Cəfərova isə Axar.az-a şöbə müdirinin sözlərinin doğru olmadığını, sahibkarla heç bir razılaşma olmadığını söyləyib. 
 
Xatırladaq ki, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə 2013-cü il iyulun 21-də keçmiş deputat Nizami İsgəndərova məxsus “Nabran Holiday Village” istirahət mərkəzində “Akvapark” adlanan qurğunun işlək vəziyyətə gətirilməsinə görə ayaqlarını itirib. Təqsirləndirilən Əhmədov Ramiz Süleyman oğlu 2 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il, Firdovsi İbrahimov, Rəşad Zərbəliyev və Aslan Hacıməmmədkərimov hər biri 4 il müddətində azadlıqdan məhrum edilib.
 
Məhkəmə İmran Cəfərzadənin ailəsinə 70 min manat mənəvi təzminat ödənilməsi barədə qərar çıxarıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org