15:44 – xeber – Səhər saatlarında İmişlidə yanğın faktı qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, rayonun Qızılkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 117 kv.m olan birmərtəbəli, 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 11:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.