İlkin Heseninin nisanlanir (FOTO)

6 May 2016 17:59 – xeber –

Ən bahalı bileti aldım. Fərdaya görə pulsuz vaxtımda 100 manat xərcə düşdüm. Dostlarımdan öyrəndim, dedilər birinci sırada oturacaqlar. Mən də onlardan ayrı düşməmək üçün bahalı bilet almalı oldum.

Olkem.az xeber verir ki, bu sözləri axşam.az-a açıqlamasında aparıcı-aktyor İlkin Həsəni deyib. Yumor ustası Fərda Xudaverdiyevin "Selfinaz" şousunu izləməyə gələn aparıcı aktyorun ünvanına təriflər yağdırıb:
"Bundan əvvəl də Fərdanın qapalı bir məkandakı stand-up şousuna qatılmışdım. +18 olduğu üçün ancaq oğlanlar varıydı. O qədər güldürmüşdü ki, gözümdən yaş gəlirdi".
"Axırıncı yol" filmindən danışan İ.Həsəni rekord qırdıqlarını iddia edib: 
"Axırıncı yol" Azərbaycanda əcnəbi, yerli – bütün filmlərdən çox izlənib, rekord qırıb. Bu yaxınlarda izlənmə sayını açıqlayacam. Yeni layihə hazırlayırıq. "Axırıncı yol"u kölgədə qoyacaq film gəlir. Bu yay da istirahət olmayacaq. Bundan sonra çalışacağıq ki, ildə bir yox, iki film təqdim edək".
Şəxsi həyatından bəhs edən İlkin yaxın günlərdə xeyir iş gözlənildiyini deyib: 
"Yaxın günlərdə xeyir iş olacaq. Tezliklə nişan edəcəm".
Qeyd edək ki, İ.Həsəninin elçilik mərasimi martda olmuşdu. O, ATV-də çalışan Aysel adlı xanımla ailə qurmağa hazırlaşır.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org