İlhamiyye Rza efire qayitdi

12 Yanvar 2016 21:14 – xeber –
Tanınmış jurnalist İlhamiyyə Rza uzun fasilədən sonra efirə qayıdıb.
Olkem.az anspress-ə istinadən bildirir ki, 1989-cu ildən Azərbaycan Dövlət Televiziyasının "Xəbərlər" redaksiyasında, sonralar isə başqa telekanallarda çalışmış aparıcı efir həyatının ikinci nəfəsində ANS TV-nin "Nəzər nöqtəsi" verilişini seçib.
 
Həftə içi hər gün 20:30-da yayımlan verilişdə İlhamiyyə Rzanın ilk təqdimatı multikulturalizm ilə bağlı olub. Verilişin qonaqları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, araşdırmaçı-jurnalist Niyaz Niftiyev olub.
Verilişdən sonra teleaparıcı efirə yenidən dönüşü ilə bağlı sualları cavablandırıb.
– Azərbaycan teleməkanında müxtəlif maraqlı layihələrə imza atmış İlhamiyyə Rza bir ara efir fəaliyyətinə fasilə vermişdi. Dönüş üçün ANS-i və "Nəzər nöqtəsi"ni seçməyiniz nə ilə bağlıdır?
– Doğrusu, əvvəlcə "Nəzər nöqtəsi" məni "seçdi". Təklifi qəfil alsam da, bu təklifin müsbət cavabı artıq bir müddətdir ki, ANS-dəki yenilikləri izləyincə formalaşmışdı. Kanalın yeni temporitmi, dinamik təqdimatlar diqqətimi cəlb etmişdi və artıq maraqla izləyirdim. Odur ki, təklifi məmnuniyyətlə qəbul etdim.
– İzləyici sizin aparıcısı olduğunuz "Nəzər nöqtəsi"ndə hansı yenilikləri görəcək? Ümumiyyətlə, ANS efirinin klassiki olan bu verilişin çağdaş dönəmin trendinə uyğunlaşmasını necə görürsünüz?
– Doğru dediniz ki, "Nəzər nöqtəsi" efir klassikasıdır. Verilişə yalnız müxtəlif aparıcılar yenilik gətirə bilər, öz yanaşmaları və tərzləri ilə. Bu verilişi toplumun rəğbətini qazanmış məşhur aparıcılar aparıb vaxtilə. Mən özüm də bu verilişə uzun zamandan sonra Eldəniz Elgünün təqdimatında yenidən baxmağa başladım. İndi estafeti qəbul etmişəm və çalışacağam ki, verilişin sanballı olmasında mənim də qatqım olsun. O ki qaldı format və mövzuya, bu, əlbəttə ki, dəyişməz qalır.
 
– Yeni formatda izləyicilərin görüşünə gəlmiş ANS izləyicilərin Azərbaycanın və postsovet məkanının ilk müstəqil telekanalına bağladığı ümidləri nə dərəcədə doğruldur? Ümumiyyətlə, bir izləyici kimi yeniliklər Sizdə hansı təəssüratları doğururdu?
 
– Zaman-zaman məndən televiziyalar haqqında mətbuata rəy alırlar və hər dəfəsində dönə-dönə təkrar edirəm ki, bu gün televiziyaların öz şöhrətini qaytarmağı üçün bir tək yol var: izləyicinin ekranda özünü görə bilməsi. Yəni məcazi və geniş mənada insanı, vətəndaşı efirin qəhrəmanına çevrimək lazımdır. Yenilikləri bəyənirəm və təqdir edirəm. Efir məkanında sırf xəbərçilikdə öz sözünü demiş ANS-in bu istiqamətdə liderlik etməsini müşahidə etmək və bu prosesdə iştirak etmək xoşdur.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org