İlhamenin oglunu polisden Agadadas Agayev qurtarib?

6 May 2016 16:45 – xeber –

Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Orxanın öz işi məhkəmədədir. Bəs Vüqar Bəkirov, Mehriban Hüseynova niyə həbsxanadadır?

Mili.Az bildirir ki, bu fikirləri ölkə.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun onu məhkəməyə verəcəyi haqda sözlərinə cavab verərkən səsləndirib. Mirəliyev bildirib ki, sonuncu dəfə Orxan Nadirovun azad olunması üçün İlhamə Quliyeva həmkarı Ağadadaş Ağayevdən xahiş edib:
"Bu adam İlhamə xanımla hansı deputatın, məmurun evinə gedibsə, hamı elə bilib ki, bu oğludur. Ona görə inanıblar. Axırıncı dəfə Orxanla Vüqarı Binəqədi polisi saxlayanda bildiyimə görə İmişlidən kiməsə pul atmışdılar. Rəhmətlik zəng vurub Ağadadaş Ağayevə deyib ki, onların azad olunmasına kömək etsin. Ağadadaş da zəng vurub buraxıblar. Bu adam peşəkar dələduzdur, uşaqlığında İlhamənin evindən nə qədər şeylər oğurlayıb. Hamısını özü mənə danışırdı. Heç yerdə işləmir, hardan qazanır, hardan xərcləyir".
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov tanınmış müğənni Əli Mirəliyevin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. 
Olkem.az xeber verir ki, O.Nadirov ölkə.az-a açıqlamasında məsələ ilə vəkilinin məşğul olduğunu deyib:
"Bu insan fikirləşsin də nə danışır. Bir qərar versin. Mənim ona deməyə sözüm yoxdur. Onu məhkəməyə verib-verməyəcəyimlə bağlı məsələlərlə vəkilim məşğuldur. Əgər haqqımda səsləndirdiyi hansısa iddianı sübut edə bilməsə, qanun qarşısında cavab verəcək.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org