İlhamenin oglu emekdar artiste 4500 manat atib?

5 May 2016 15:34 – xeber –
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov əməkdar artist Firuzə İbadovaya 7 min manat pul atıb.
Olkem.az xeber verir ki, bu barədə lent.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. O bildirib ki, Orxan bu pulu F.İbadovanın qızını işə düzəltmək məqsədi ilə alıbmış: "Orxan dostu Vüqarla birgə Firuzə xanımdan 7 min manat pul alıb ki, qızını işə düzəldəcək. Həmin pulun 2500 manatını qaytarıb, amma 4 min manatdan çox pul borcludur. Firuzə xanım dəfələrlə bizim evə zəng edib, deyib ki, "İlhamə xanım həyatda yoxdur. Pulumuzu kimdən alaq?" Qızım da deyib ki, sən bilmirsən ki, Orxan İlhamənin oğlu deyil? Onun işləri tək bununla bitmir. Çox insanları aldadıb. Mənə maraqlıdır ki, dayısının arvadı Sevil xanım onun üzünə duranda ki "Sən filan iş adamlarına pul atmısan". Bu nə cavab verəcək? Özü də ki Orxangil bir qrupdur. Qruplarının başçısı da Orxanın həyat yoldaşı Arifədir. Burada jurnalistlərin, mətbuatın bilmədiyi məsələlər var".
Məsələyə aydınlıq gətirmək üçün əməkdar artist Firzuə İbadovayla əlaqə saxladıq. O isə sualımızı eşidib, əsəbiləşdi: "Mən bu barədə çox danışmayacam. Çox vaxt susuram. Yenə də susacam. Bircə onu deyim ki, pulumu, haqqımı, hər şeyimi Allaha həvalə etmişəm. Tanrı hər şeyi gec-tez yoluna qoyacaq. Mənim pulumu, halallığım olmadan nə ölü, nə də diri rahat yeyə bilməyəcək. Bu qədər".
 
Qeyd edək ki, O.Nadirov F.İbadovaya 4500 manat pul borcludur. 

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org