İlhame Quliyevanin mirasi – QALMAQAL BÖYÜYÜR

6 May 2016 16:41 – xeber –
Mərhum xalq artisti İlhamə Quliyevanın qohumu, müğənni Əli Mirəliyev daha bir qalmaqallı açıqlama verib. O iddia edib ki, xalq artistinin oğlu Orxan Nadirov dəfələrlə İ.Quliyevanı şantaj edib:
"Orxan İlhamə xanımı şantaj edirdi. Sən niyə o boyda sənətkarı şantaj etmisən? Demisən ki, "səsini yazmışam, sən mənə pul verməsən, bu səs yazısını yayacam". Sənin səs yazını dövlət orqanlarına aparacam. Bəs bu şantaj deyil, nədir? Bütün bunları niyə İlhamə xanıma etmisən? Yazıq xəstə adam idi, mənim qızım neçə illər idi ki, ona baxırdı. Səs yazmalarının hamısı bizdə var. Bunu mənə İlhamə xanımın dayısı oğlu Eldar müəllim deyib. Onun sözlərinə görə, İlhamə xanım Orxanın şantajından ehtiyat edirmiş və qorxurmuş".   
Olkem.az xeber verir ki, Orxan Nadirovun vəkili Habil Vəliyev bu məsələylə bağlı modern.az -ın suallarını cavablandırıb:
"Orxan Nadirov, həqiqətən də, pis idisə, İlhamə xanımı iddia edilən kimi şantaj edirdisə, niyə o şəxs (vəkilin adını ağzına almaq istəmədiyi Əli Mirəliyev-red.) hüquq-mühafizə orqanlarına, aidiyyəti qurumlara müraciət etmirdi? İndi niyə qızışıb ortaya çıxıb?!
Orxan Nadirov özü də bildirir ki, bunların hamısı şər-böhtan, yalandır. Həmin adam Orxanı qıcıqlandırmağa çalışır. İstəyir ki, o adını çəkdiyiniz şəxsə qarşı hansısa addım atsın. Xatırladım ki, Orxan Nadirov səbirli insandır. O, İlhamə Quliyevanın təlim-tərbiyəsini görmüş bir adamdır. Hələ ki gözləyir. Hər şey öz hüquqi qiymətini alandan sonra Orxan öz sözünü deyəcək".
Vəkil məhkəmənin növbəti həftələrdə olacağını açıqlayıb. Hüquqşünas bildirib ki, Əli Mirəliyev vərəsəlik iddiası qaldıra bilməz:
"Adını çəkdiyiniz şəxs necə qohumdur?! Yalnız yaxın qohumlar vərəsəlik hüququndan istifadə edə bilərlər. Canfəşanlıq edirsə, etsin. Amma bir insan kimi demək istəyirəm ki, miras yaxşı bir şey olsa idi, sahibinə qalardı. İnanın ki, Orxan güc-bəla ilə bu məsələlərə qoşulur. O var-dövlətdə, mal-mülkdə gözü olan adam deyil. Hadisələrin fonunda Orxanın hərəkətlərini müşahidə edirəm. İnanın onun ürəyi gəlmir ki, nəyəsə əl vursun, yaxud ondan istifadə etsin.
Amma ixtiyarı, hüquqları olmayan adamlar canfəşanlıq edirlər. Kimsə hansısa keçmişə qayıdırsa, Orxan Nadirov da adekvat olaraq keçmişə qayıdacaq və hansısa tarixin səhifələrini vərəqləyəcək. İnanın hətta şok açıqlamalar olacaq". 
Qeyd edək ki, bu il fevral ayının 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulub. Orxan Nadirov İlhamə Quliyevanın övladlığa götürdüyü və rəsmiləşdirmədiyi övladı olduğundan miras ətrafında qalmaqal yaşanıb.
İ.Quliyevanın vəkili Elmira Məmmədovanın mətbuata verdiyi açıqlamaya görə, xalq artisinin Mərdəkanda və Buzovna yolunun üstündə yerləşən iki bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində 4 evi var. Bundan başqa, onun "İnfiniti" və "Limizin" markalı 2 avtomobili, çox miqdarda da qızıl-zinət əşyaları qalıb.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org