İlhame Quliyevanin miras davasinda qohumlar raziliga gelibler

9 İyun 2016 12:48 – xeber –
Mərhum xalq artisti İlhamə Quliyevanın miras davası ilə bağlı araşdırmalar davam etdirilir.
 
Bu haqda modern.az saytına mərhumun oğlu Orxan Nadirovun vəkili Habil Vəliyev məlumat verib. O deyib ki, Orxan Nadirovdan başqa vərəsəlik iddiasında olan digər qohumlar, o cümlədən İ.Quliyevanın bacısı Gülbahar Quliyeva birgə razılığa gəliblər:
 
"Mən onların ailə məsələlərinə qarışmıram. Bəzi nüanslar var ki, ailədaxili məsələ olduğu üçün onları açıqlamaq səlahiyyətində deyiləm. Xalq artistinin vərəsəlik iddiasında olan bacıları və digər qohumları var. Amma bildiyim qədəri ilə qohumlar arasında soyuq münasibətlər aradan qalxıb. Onların əksər hissəsi, o cümlədən xalaları Orxan Nadirovu dəstəkləyir və onu qəbul edirlər. Ümumiyyətlə, qohumlar Orxanı çox istəyirlər. Güman edirəm ki, yaxın müddətdə bu barədə ictimaiyyətə məlumat veriləcək".
 
Miras qalmaqalında daha çox cənfəşanlıq edən Əli Mirəliyevə gəldikdə, vəkil onun vərəsəliyə iddialı olmadığını, ümumiyyətlə, qanunun buna yol vermədiyini diqqətə çatdırıb.
 
Qeyd edək ki, 2016-cı il fevral ayının 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulub. Orxan Nadirov İlhamə Quliyevanın övladlığa götürdüyü və rəsmiləşdirmədiyi övladı olduğundan miras ətrafında qalmaqal yaşanıb.
 
İ.Quliyevanın vəkili Elmira Məmmədovanın mətbuata verdiyi açıqlamaya görə, xalq artistinin Mərdəkanda və Buzovna yolunun üstündə yerləşən iki bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində 4 evi var. Bundan başqa, onun "İnfiniti" və "Luimizin" markalı 2 avtomobili, çox miqdarda da qızıl-zinət əşyaları qalıb.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org