İlhame Quliyevanin komekcisini kim tehdid edir?

3 İyun 2016 14:44 – xeber –
"Artıq xeyli vaxtdır ki, İlhamə xanımla bağlı mənə gizli nömrədən zəng edib təhdid edirlər". Olkem.az xeber verir ki, bu sözləri lent.az-a açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Fatma Əliyeva deyib. O bildirib ki, İ.Quliyevanın oğlu Orxan Nadirov və onun yaxınları ona zənglər etdiriblər:
"İlhamə xanım ölən gündən sonra xeyli vaxt mən heç bir yerə danışmadım. Hər şeyi sona qədər izlədim. Həmin vaxtda mənə nəsə deyən yox idi. Amma sonuncu dəfə Lent.az-a verdiyim müsahibədən sonra mənə gizli nömrədən xeyli zənglər gəlir. Axırıncı dəfə zəng edən bir xanım idi. Özünü təqdim etmədi. Dedi: "Sən niyə Orxan və onun anası Lalə barədə belə danışmısan? Danışdığın sözlərə görə səni pis nəticələr gözləyə bilər". Mənə hədə-qorxu gəldilər. Məni təhdid edirlər".
F.Əliyeva deyib ki, onunla danışanın kim olduğunu bilmir: "Bilmirəm, mənimlə danışan Orxanın anası idi, yoxsa yox. Çünki onunla bir dəfə danışmışam, onda da onu acılamışam. Ona görə də səsini tam yadımda saxlaya bilməmişəm. Amma axırıncı zəngdən qabaq zəng edəndə demişdi ki, "Mən Laləyəm, Orxanın anası". Mənə deyirlər ki, gəl, söhbət edək, razılığa gələk, sənə də nəsə edərik. Mən də onlara etirazımı bildirdim. Dedim ki, mən bütün bu işləri nəsə qazanmaq üçün etmirəm, İlhamə xanımın mirasından pay ummuram. İlhamə xanım evdə xəstə yatan zaman haradaydı onun qohumları? İndi miras davasına çıxıblar. Allahdan başqa heç kimdən qorxmuram. Sözümü axıra qədər deyəcəm".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org