İlhame Quliyeva dunyasini deyisdikden sonra barisdilar (FOTO)

30 Sentyabr 2016 16:18 – xeber –
Bəstəkar Ələkbər Tağıyevə həsr olunan "Mənim dünyam" adlı konsert bir çox maraqlı anlarla yadda qalıb. 
Olkem.az axşam.az-a istinadən bildirir ki, gecədə xalq artisti Flora Kərimova ilə əməkdar artist Cavanşir Məmmədov eyni səhnəni bölüşüb. 
C.Məmmədov F.Kərimovanın dayısı oğludur. İfaçılar bunu uzun illər hər kəsdən gizlədib. F.Kərimova 2014-cü ildə açıqlamasında C.Məmmədovla qohum olduqlarını, amma danışmadıqlarını bildirib.
"Rəhmətlik anam Cavanşirə çox yaxşılıqlar edib, onu texnikuma düzəldib, çörək qazanmaq üçün hətta ona qarmon da alıb. Əsgərlikdə olduğu zamanı anam generalları qonaq çağırırdı, bunun nəticəsində də  Cavanşir vaxtının yarısını evdə keçirirdi. Ancaq ona çörək verən  bibisinin, onu 2 dəfə türmədən qurtaran bibisiqızının, yəni mənim anamın yasına 40-ı qurtaran ərəfədə gəldi. Özü də şıq geyinmiş, üzü qırxılmış halda. Sənətdə dünənki, heç kim tərəfindən tanınmayan uşağın mənə dediyi bu oldu: "Bibiqızı, mən sənət adamıyam". Söhbət 1978-ci ildən gedir", – deyə F.Kərimova açıqlamasında söyləmiş və incikliyini bildirmişdi. 
Hətta bir çoxları onların küsülü olmasına xalq artisti İlhamə Quliyevanın səbəb olduğunu bildirib. C.Məmmədov mərhum İ.Quliyeva ilə çox yaxın dost olduğu üçün F.Kərimova uzun illər onu danışdırmayıb. İ.Quliyeva dünyasını dəyişdikdən sonra onların yaxınlaşması diqqət çəkib. 
Ötən gün ifaçılar səhnədə "Şirin arzular" mahnısını duet şəklində səsləndirib.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org