İlham Eliyevle bagli kitab Dusenbede – Çap


[r32]
– xeber –
Düşənbədəki “Şarki ozod” nəşriyyatı yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabını tacik dilində çap edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, kitabı tacik dilinə Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin dövlət himninin müəllifi, Xalq Şairi Qolnazar Keldi tərcümə edib.
Nəfis şəkildə tərtib olunmuş kitabda postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı, sadə və aydın dildə söhbət açılır, onun uğur fenomeni təhlil edilir.
Müəllif xalqımızın ümummilli lideri Heydər Əliyevi və Azərbaycan Prezidenti İlham Əliyevi yaxından tanıyan insanlardan aldığı müsahibələrdən geniş istifadə edib. Kitabda toplanan sənədlərin və faktların dili ilə Azərbaycan Prezidenti İlham Əliyev haqqında oxuculara ətraflı məlumat verilir, onun tanınmış siyasətçi obrazı yaradılır.
Qeyd edək ki, Qulnozar Keldinin tərcüməsində Elmira Axundovanın Ulu Öndər haqqında yazdığı 7 cilddən ibarət “Heydər Əliyev. Şəxsiyyət və zaman” və Nikolay Zinkoviçin “Həyatın keşməkeşləri” kitabları Tacikistan oxucularına çatdırılıb və populyarlıq qazanıb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org