İlham Eliyevin mudrikliyi, uzaqgorenliyi… – BEE nesri


[r32]
– xeber –
Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu auditoriyasına malik Əl-Fəcr qəzetinin 24 dekabr 2017-ci il tarixli sayında qəzetin baş redaktoru doktor Şərif Əl- Bəsilin “İlham Əliyev müdrikliyi, uzaqgörənliyi və xalqın maraqlarını dəqiq incələməsi sayəsində Azərbaycanı daha təhlükəsiz, sabit və firavan gələcəyə doğru aparır" adlı məqalə dərc olunub. Qəzetin bütöv bir səhifəsi Azərbaycan Prezidentinə, onun ölkəsi və xalqı üçün gördüyü işlərə həsr edilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Azərbaycanın 26 illik müstəqillik dövründə siyasi, iqtisadi, ticarət, investisiya, mədəniyyət və humanitar sahələrdə geniş və hərtərəfli nailiyyətlər qazandığını qeyd edən baş redaktor yazır ki, ölkə bu qısa müddət ərzində aktiv və mühüm, eləcə də sivil dövlətlər xəritəsində özünəməxsus yer tutub, bəşəri sivilizasiya tarixində mühüm aktorlardan birinə çevirilib və regional və beynəlxalq sülhün möhkəmləndiirlməsində mühüm rol oynayır.
Artıq çoxlarının Azərbaycanı Cənubi Qafqaz və Avrasiya regionunda mühüm bir ölkə kimi tanıdığını bildirən məqalə müəllifi diqqətə çatdırır ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə həm ölkə daxilində, həm də ölkə xaricində mühüm uğurlar əldə etmiş milli rəmz kimi baxır. İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarıb, əhalinin yaşayış səviyyəsini və rifahını daha da yaxşılaşdırıb.
Baş redaktor vurğulayır ki, xalqın İlham Əliyevə etimad və inamı çox təbii olaraq dövlət resurslarının inkişaf etdirilməsi, irimiqyaslı dövlət layihələrinin icrası, yeni iş yerlərinin yaradılması, onun uzaqgörən siyasəti və məqsədyönlü strategiyası nəticəsində formalaşıb. Bu siyasət Azərbaycan gənclərini ruhlandırır və onları həyatın bütün sahələrində aktiv rol oynamağa təşviq edir. Prezident İlham Əliyevin yürütdüyü siyasət yalnız xalqın maraqlarına xidmət edir, Azərbaycan xarici siyasəti ardıcıl uğurlar qazanır. Müəllif Azərbaycanın davamlı və sürətli inkişaf yolu keçdiyini, sabit və iri addımlarla gələcəyə doğru ümidlə irəlilədiyini oxucularının diqqətinə çatdırır.
Prezident İlham Əliyevin doğum günündə hər bir azərbaycanlının fərəh hissi keçirdiyini və bu günü böyük iftixarla qeyd etdiyini bildirən müəllif İlham Əliyevin tək Azərbaycan xalqının deyil, eyni zamanda beynəlxalq müstəvidə də böyük nüfuza malik olduğunu bildirir. Xatırladır ki, İlham Əliyev xarici dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı orden və medallarına – “Kral Əbdüləziz” ordeninə, Küveytin “Mübarək əl-Kəbir”, Fransanın “Şərəf Legionu”, Rumıniyanın “Ulduz”, Gürcüstanın “Şərəf” ordenlərinə, həmçinin “Türkdilli respublikalarda onilliyin ən uğurlu dövlət xadimi” mükafatına, “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatına layiq görülüb.
Prezident İlham Əliyevin şəxsi və peşəkar həyatına nəzər salan jurnalist onun 1961-ci il dekabrın 24-də ziyalı ailəsində anadan olduğunu, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetini bitirdiyini, tarix elmləri doktoru olduğunu, oxuduğu Universitetdə müəllimlik fəaliyyəti ilə məşğul olduğunu qeyd edir. Məqalədə vurğulanır ki, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli çağırışı ilə hakimiyyəti öz üzərinə götürüb, ölkənin yaranmış xaosdan qoruyub. Ulu öndərdən sonra hakimiyyətə gələn İlham Əliyev atasının siyasi kursunu uğurla davam etdirir.
İlham Əliyevin həyat yoluna və siyasi karyerasına nəzər salan müəllif onun Yeni Azərbaycan Partiyası sədrinin müavini, sonra isə birinci müavini seçildiyi, 2001-2003-cü illərdə Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik etdiyi, 2003-cü ilin yanvar ayında AŞPA sədrinin müavini və büro üzvü seçildiyi, 2003-cü il avqustun 4-də Baş nazir vəzifəsinə təyin olunduğu barədə məlumat verir. Həmçinin diqqətə çatdırır ki, İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən şəffaf prezident seçkilərində ümumi səslərin 79.46 toplayaraq qalib gəlib.
Azərbaycan Prezidentinin oktyabrın 31-də baş tutan andiçmə mərasimindəki çıxışının konseptual məqamlarını oxucuların diqqətinə çatdıran doktor Şərif Əl- Bəsil İlham Əliyevin hakimiyyəti illərində yoxsulluğun və işsizliyin kəskin azaldığını, yeni iş yerlərinin açıldığını, valyuta ehtiyatlarının, ÜDM-un artdığını, irimiqyaslı layihələrin icrasına başlanıldığını diqqətə çatdırır. Bu sırada Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işə salınması, “Cənub Qaz Dəhlizi” layihəsi, “Şahdəniz-2” layihəsi, TANAP və TAP layihələri qeyd olunur, bununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu vurğulanır.
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından yazan müəllif onun Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi adlandıraraq bildirir ki, bu dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Bununla da Orta Asiya ölkələrinin, həmçinin, Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşacaq, bu yol ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınmasına imkan yaradacaq və regionda turizmin inkişafına da güclü təsir göstərəcək.
Dünya bazarında qara qızılın qiymətinin kəskin şəkildə düşməsi ilə bəzi neft ixrac edən ölkələrin iqtisadi böhranla üzləşdiyinə diqqət çəkən müəllif qeyd edir ki, Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan iqtisadiyyatı qlobal iqtisadi böhrandan əziyyət çəkməyib. Ölkədə qeyri-neft sektorunun inkişafına təkan verilib və neftdən asılılığın azaldılmasına dair konkret tədbirlər paketi icra olunub.
Ölkəmizin hərbi vəziyyətinə toxunan baş redaktor bu gün Azərbaycan ordusunun hazırlıq, döyüş qabiliyyəti, texnikası silah və sursat baxımından regionuna ən güclü ordularından biri olduğunu, hər hansı təcavüzün qarşısını almağa tam hazır olduğunu vurğulayır.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyevin uğurla davam etdirdiyini qeyd edən baş redaktor yazır ki, Azərbaycan bu gün Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq və əməkdaşlıq əlaqələri qurub, 2012-2013-cü illərdə 155 səslə BMT TŞ-nın qeyri-daimi üzvü seçilib, bir sıra beynəlxalq təşkilatlarla yanaşı, Qoşulmama Hərəkatı, Afrika Birliyi kimi qurumlara da üzv olub.
Məqalədə, həmçinin qeyd olunur ki, Azərbaycan müxtəlif sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən unikal bir dövlətdir, İslam və Avropa təşkilatlarının üzvü kimi hər iki sivilizasiyaların dəyərlərini özündə ehtiva etməklə həmin sivilizasiyalar arasında təbii körpü rolunu oynayır, bir sıra beynəlxalq forum və dialoqlara ev sahibliyi edir. Müəllif Prezident İlham Əliyevin rəhbərliyi və UNESCO, BMT Sivlilizasiyalar alyansı, Avropa Şurası İSESCO və digər mötəbər təşkilatların iştirakı ilə 2017-ci ilin mayında Bakıda 4-cü Mədəniyyətlərarası Dünya Forumunun keçirildiyi xatırladır.
Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını da diqqətə çatdıran Şərif Əl- Bəsil son illərdə ölkəmizin ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, “Formula 1” kimi mötəbər beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini, bu yaxınlarda Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini bildirir.
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın bir çox beynəlxalq mədəni, humanitar, iqtisadi və idman tədbirlərini uğurla həyata keçirərək, bu sahədə böyük nüfuz qazandığını qeyd edən müəllif bu tədbirlərin yüksək səviyyədə təşkilində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük və danılmaz rolu olduğunu vurğulayır. Diqqətə çatdırır ki, Azərbaycan EXPO 2025 beynəlxalq sərgisinin keçirilməsi üçün namizəd ölkədir və öz təşkilatçılıq qabiliyyəti ilə fərqlənən Mehriban Əliyevanın rəhbərliyi ilə bu tədbir də yüksək göstəricilərlə tarixdə iz salacaq.
Müəllif EXPO 2025-ə ev sahibliyi etmək niyyətində olan Azərbaycanın Dubayda keçiriləcək EXPO 2020 sərgisinə xüsusi diqqət yetirdiyini, bu sərgidə iştirakını təsdiqləmiş ilk ölkə olduğunu bildirib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org