İlham Eliyeve tebrikler gelmekde davam edir

16:48 – xeber – Yaponiyanın İmperatoru Akihito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
 
Axar.az məktubun mətnini təqdim edir:
 
“Zati-aliləri.
 
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, Zati-alinizə xoşbəxtlik və xalqınıza rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram”.
 
***
 
İsveçrə Konfederasiyasının Prezidenti Yohan Şnayder-Amman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
 
Məktubda deyilir:
 
“Zati-aliləri.
 
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə İsveçrə Konfederasiyası Federal Şurası adından səmimi təbriklərimizi çatdırır, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, ölkənizə inkişaf, əmin-amanlıq və rifah arzu edirik.
 
Əminəm ki, ölkələrimiz arasındakı qarşılıqlı hörmət və dostluq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcək.
 
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.
 
***
 
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
 
Məktubda deyilir:
 
“Zati-aliləri.
 
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
 
Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına bu əlamətdar gün münasibətilə rifah və tərəqqi arzu edirəm.
 
Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımı bildirirəm”.
 
***
 
UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib:
 
Məktubda deyilir:
 
“Zati-aliləri.
 
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına UNESCO-nun adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
 
Ölkənizin illər boyu UNESCO ilə əlaqələri gücləndirmək istiqamətindəki səylərini və beynəlxalq əməkdaşlığın inkişafında oynadığı mühüm rolu təqdir etmək istərdim. Cənab Prezident, xüsusilə, UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakınıza görə Sizə ən dərin ehtiramımı bildirirəm. İcazə verin, Bakı Forumunun uğurlu iclasları üçün Azərbaycana bir daha ən səmimi minnətdarlığımı çatdırım.
 
Azərbaycanın mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə davamlı dəstəyi UNESCO-nun əsas mandatının inkişafına böyük töhfə verib. “Davamlı İnkişaf Proqramı – 2030” layihəsinin icrası mərhələsində bu dəstək daha böyük əhəmiyyət kəsb edir.
 
Əminəm ki, UNESCO-nun Azərbaycan ilə sıx əməkdaşlığı gələcəkdə də davam edəcək.
 
Zati-aliləri, xahiş edirəm, təbriklərimlə yanaşı, ən dərin ehtiramımı qəbul edəsiniz”.
 
***
 
İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
 
Məktubda deyilir:
 
“Hörmətli cənab Prezident.
 
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə İsrail xalqı və hökuməti adından mənim səmimi təbriklərimi qəbul edin.
 
İsrail Azərbaycan ilə əlaqələrinə yüksək dəyər verir. Diplomatik əlaqələrin yaranmasının 24 ili ərzində biz həqiqi dostluq və qarşılıqlı maraqlara əsaslanan güclü, strateji tərəfdaşlıq münasibətləri yaratmışıq. Sizin rəhbərliyiniz ilə ölkələrimiz arasında münasibətlər yeni səviyyəyə yüksəlib. Əminəm ki, ölkələrimizin əməkdaşlıq əlaqələri daha da genişlənəcək. Ümidvaram ki, razılaşdığımız kimi, bu il ərzində Azərbaycanda görüşə biləcəyik.
 
Zati-aliləri, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü müstəqilliyiniz bərpa ediləndən bəri ölkənizin qazandığı nailiyyətlərin qeyd edilməsi üçün yaxşı imkandır. Bu əlamətdar gündə mən ölkələrimiz arasındakı dostluğa sadiqliyimi bir daha təsdiq edirəm. Sizə, ailənizə və xalqınıza rifah, uğur və davamlı inkişaf diləyirəm”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org