İlham Eliyeve tebrikler davam edir

14:19 – xeber – Ukrayna Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
 
Axar.az məktubun mətnini təqdim edir:
 
“Çox hörmətli cənab Prezident.
 
Xahiş edirəm, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
 
Müstəqil Azərbaycan Respublikası son illərdə sürətlə inkişaf edərək iqtisadi, siyasi, ictimai və sosial sahələrdə sanballı nailiyyətlər qazanıb. Ölkədə əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində əsas məsələlər müvəffəqiyyətlə həll olunur. Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr arasında layiqli yer tutur.
 
Cənab Prezident, əlamətdar bayram münasibətilə Sizə və bütün Azərbaycan xalqına sağlamlıq, sülh, xoşbəxtlik, firavanlıq, qarşıya qoyulan məqsədlərə çatmaqda uğurlar arzu edirəm”.
 
***
 
İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
 
Məktubda deyilir:
 
“Zati-aliləri.
 
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə Ulu Tanrıdan möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına inkişaf və çiçəklənmə diləyirəm.
 
İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə sıx əlaqələri yüksək qiymətləndirir və məqsədi İslam həmrəyliyinin təşviqi olan qurumun fəaliyyətinin dəstəklənməsi işində ölkənizin rolunu təqdir edir. İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.
 
Zati-aliləri, üzv dövlətlərimizin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasına Sizin verdiyiniz dəstəyi yüksək qiymətləndiririk.
 
Cənab Prezident, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org