İlham Eliyev: “Xususi proqramlar hazirlanir”

12:43 – xeber – 10:59
 
Azərbaycanda futbolun inkişafına böyük əhəmiyyət verilir. Bu məqsədlə ölkəmizdə yeni stadionlar tikilib. Uşaqlar üçün xüsusi inkişaf proqramları hazırlanır. Ümidvaram ki, gənclər və uşaqlar üçün yaradılan şərait bir neçə ilə yaxşı nəticələr verəcək.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 30-da Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
 
Nümayəndə heyətinin Azərbaycana səfər proqramının geniş olduğunu, çoxsaylı tədbirlərin keçiriləcəyini vurğulayan Prezident İlham Əliyev qonaqların ölkəyə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı Aleksander Çeferini UEFA prezidenti seçilməsi münasibətilə təbrik edib və onun bu posta seçildikdən az sonra Azərbaycana səfər etməsinin önəmini vurğulayıb. 
 
UEFA prezidenti Aleksander Çeferin ölkəmizə ilk dəfə səfər etdiyini, səfər proqramının zəngin olduğunu, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Qəbələ-Maynz oyununu izlədiyini və oyunun yaxşı keçdiyini deyib.
 
Ölkəmizə səfər etməsindən məmnunluğunu vurğulayan Aleksander Çeferin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının böyük işlər gördüyünü, bu işləri yaxından izlədiklərini qeyd etdi. O, öz ölkəsində – Sloveniyada futbol sahəsində görülən işlərin tədricən nəticə verdiyini, bunun üçün gənclər və uşaqlarla işləməyin vacibliyini vurğulayıb. UEFA prezidenti təşkilatçılıq işlərindən məmnunluğunu bildirib, infrastrukturun mükəmməl və çox yüksək səviyyədə olduğunu deyib.
 
Dövlətimizin başçısı dünən UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Qəbələ-Maynz oyununa toxunaraq Qəbələ futbol klubunun gənc komanda olmasına baxmayaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını böyük uğur kimi dəyərləndirdi.
 
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Sonda xatirə şəkli çəkdirilib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org