13:39 – xeber – Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün vaxtı hələlik məlum deyil.
APA-nın verdiyi məlumata görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.
Xatırladaq ki, sonuncu dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sərkisyan arasında görüş ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirlərinin və həmsədrlərin iştirakı ilə mayın 16-da Vyanada keçirilib.
Yekun bəyanata əsasən, növbəti görüşün iyun ayında keçirilməsi barədə razılıq əldə olunub.