İlham Eliyev: "Qeyri-neft sektorunun inkisafi 2016-ci il iqtisadi sahede esas proritet olacaq"

10 Yanvar 2016 15:24 – xeber –
“Neftin qiymətinin azalmasına baxmayaraq Azərbaycan iqtisadiyyatı artıb, qeyri-neft sektoru inkişaf edib”.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, bu, aparılan islahatların nəticəsidir: “Hesab edirəm ki, qeyri-neft sənayesinin 8.4 faiz artması əsas göstəricimizdir. Keçən il ölkə iqtisadiyyatına 7 milyard dollara yaxın sərmayə qoyulub. Bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz potensialını təqdim edir”.
İlham Əliyev deyib ki, 2015-ci ildə dünyada bütün siyasi və iqtisadi amilləri nəzərə alaraq, iqtisadi inkişafa nail olmaq özlüyündə böyük naliyyətdir.
Dövlət başçısı vurğulayıb ki, iqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı il iqtisadi sahədə əsas proritet olacaq: “Əminəm ki, bu il ərzində bu istiqamətdə biz daha da böyük uğurlara nail olacağıq. Ümumiyyətcə, ümumdaxili məhsulumuz müsbətə doğru dəyişir”.
İlham Əliyev bildirib ki, Azərbaycan neftdən asılılığı minimuma endirməlidir: “Biz bu asılılığı minimuma endirməliyik ki, gələcəkdə neft qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, düşünülmüş siyasət nəticəsində, gərgin iş nəticəsində biz buna nail ola biləcəyik. Bu il biz xarici investisiyaları Azərbaycana daha böyük həcmdə cəlb etməliyik. Düzdür, bu gün dünya miqyasında xarici investisiyalar uğrunda mübarizə aparılır. Ancaq Azərbaycan xarici sərmayə üçün çox gözəl ölkədir, xarici sərmayələr qorunur. Düzdür, sərmayələr daha çox neft-qaz sektoruna qoyulur, ancaq eyni zamanda son vaxtlar qeyri-neft sektoruna da xarici sərmayə qoyuluşu müşahidə olunub. Biz çalışmalıyıq ki, xarici sərmayəni ölkəmizə cəlb edək, xüsusilə qeyri-neft sektoruna. O sahələrə ki, öz növbəsində bu sahələrin inkişafı ixrac potensialımızı gücləndirəcək və idxaldan asılılığımızı azaldacaq”.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org