19:52 – xeber – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının prezidenti Marselo Rebelo de Susaya təbrik məktubu göndərib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Portuqaliya günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.