20:27 – xeber – Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya səfəri çərçivəsində Bundestaqda nəzərdə tutulan görüşlərini təxirə salaraq dünyaya haqsızlığın cavabsız qalmayacağı mesajını verib.
Trend-in məlumatına görə, bunu Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının sədri Xəlil Akıncı deyib.
O qeyd edib ki, Almaniya Bundestaqının qondarma "erməni soyqırım"ının tanınmasına dair qətnamə qəbul etməsinə görə İlham Əliyev alman deputatlar və iki ölkə arasında parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşməyib:
"Azərbaycan hər zaman Türkiyənin yanında olduğunu bir daha göstərdi. İlham Əliyev Türkiyə ilə Azərbaycanın strateji müttəfiq olmaqla yanaşı, qardaş ölkələr olduğunu da nümayiş etdirdi".