İlham Eliyev Kadirovun sexsi numayendesi ile gorusdu

17:24 – xeber – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun şəxsi nümayəndəsi Adam Delimxanovu qəbul edib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Adam Delimxanov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarını dövlət başçısına çatdırıb.
 
Ramzan Kadırovun və bütün çeçen xalqının ölkəmizdə əldə olunan uğurlara görə Prezident İlham Əliyevə dərin hörmət bəslədiklərini deyən qonaq Azərbaycanın nailiyyətlərinə sevindiklərini bildirib. O, Azərbaycanın Milli bayramı – Respublika Günü və Ramazan ayının başlanması münasibətilə təbriklərini çatdırıb. Qonaq Bakıda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.
 
Dövlət başçısı Azərbaycan və çeçen xalqları arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayıb. Çeçenistanda gedən böyük inkişaf proseslərinə toxunan Prezident İlham Əliyev bu uğurlu inkişafın, sabitliyin və əmin-amanlığın önəmini qeyd edib. Çeçenistandakı inkişafın ölkəmizdə maraqla izlənildiyini deyən dövlət başçısı əldə edilən uğurlar münasibətilə çeçen xalqına və şəxsən Ramzan Kadırova təbriklərini çatdırıb. Dövlət başçısı müqəddəs Ramazan ayının başlanması münasibəti ilə çeçen xalqını təbrik edib.
 
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu münasibətlərin genişlənməsinə ölkəmizlə Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Çeçenistan Respublikası arasında əməkdaşlığın öz töhfəsini verdiyini bildirib.
 
Prezident İlham Əliyev Ramzan Kadırovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Çeçenistan Respublikasının başçısına çatdırmağı xahiş edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org