İlham Eliyev İtaliya prezidentine mektub gonderdi

18:44 – xeber – Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Sercio Mattarellaya təbrik məktubu göndərib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
 
"Hörmətli cənab Prezident,
 
Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
 
Bu gün Azərbaycan-İtaliya münasibətləri dinamik inkişaf yolundadır. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verməkdədir.
 
İnanıram ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi, ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələrinin daha da genişləndirilməsi naminə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
 
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram", – təbrikdə qeyd edilir.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org