İlham Eliyev Fransa parlamentarileri ile gorusdu

14:54 – xeber – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Fransa Senatının Yuxarı Reyn Departamentindən olan senatoru, Fransa-Qafqaz dostluq qrupunun üzvü, sabiq nazir Jan-Mari Bokelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki,dövlət başçısı Fransa parlamenti üzvlərinin ölkəmizə səfərlərinin ənənəvi xarakter daşıdığını vurğulayaraq nümayəndə heyətinin hər dəfə yeni tərkibdə Azərbaycana səfər etmələrini müsbət hal kimi dəyərləndirib və səfərin Azərbaycanla yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağını bildirib.
 
Fransa parlamenti üzvlərinin Azərbaycana mütəmadi səfərlərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bu cür səfərlərin ölkələrimiz arasında dostluğun daha da gücləndirilməsi baxımından rolunu qeyd edib. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində siyasi və iqtisadi əlaqələrlə yanaşı, parlamentlərarası əməkdaşlığın da mühüm əhəmiyyət daşıdığını deyib.
 
Jan-Mari Bokel Fransa parlamenti üzvlərinin ölkəmizə ənənəvi səfərlərinin əhəmiyyətini qeyd edib. O, nümayəndə heyəti üzvlərinin Azərbaycanın dostları olduğunu bildirib. Xocalı soyqırımının ildönümü ərəfəsində ölkəmizə səfər etdiklərini vurğulayan fransalı qonaq xalqımızın üzləşdiyi bu ağır fəlakətlə bağlı kədərini ifadə edib.
 
Görüşdə dövlət başçıları arasında xüsusi münasibətlərin olduğu qeyd edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və həlli yollarından danışılıb, münaqişənin sülh və danışıqlar yolu ilə beynəlxalq hüquq çərçivəsində nizama salınmasının vacibliyi vurğulanıb, Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org