"İlham Eliyev esgerlerinin yanindadir"

– xeber – Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cəbhə bölgəsinə tez-tez səfərlər edir, ön xətdə hərbçilərlə görüşür. Dövlətimizin başçısı bununla Ali Baş Komandan kimi zabit və əsgərlər ilə bir yerdə olduğunu göstərir. Digər tərəfdən bu, şəxsi heyətin ruh yüksəkliyini artırır.

 

Bu fikirləri hərbi ekspert, “Azeri Defence” jurnalının bas redaktoru Rəşad Süleymanov AzərTac-a açıqlamasında deyib.

 

Ekspert bildirib ki, Silahlı Qüvvələrin zabiti Ramil Səfərovun Macarıstandan ölkəmizə qaytarılaraq əfv edilməsi və ordu sıralarında yenidən hərbi xidmətə başlaması, şəhidlər Mübariz İbrahimovun və Fərid Əhmədovun dəfn mərasimində iştirakı, onların yüksək fəxri ad və dövlət mükafatı ilə təltif edilməsi, eləcə də aprel döyüşlərində qəhrəmanlıq göstərmiş və şəhid olmuş hərbçilərin təltif olunması Silahlı Qüvvələrin şəxsi heyəti arasında böyük ruh yüksəkliyi yaradıb. Düşmənin aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriya atəşinə tutduğu yaşayış məntəqələrinin sakinləri və ön xətdə xidmət edən hərbçilər ilə görüşən, aprel döyüşlərində fərqlənən hərbçiləri şəxsən təbrik edən Ali Baş Komandan bununla həmişə Azərbaycan əsgərinin yanında olduğunu, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək əzmini bütün dünyaya göstərdi.

 

Prezident İlham Əliyevin Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılmasına, maddi-texniki bazasının gücləndirilməsinə, habelə hərbçilərin sosial şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirdiyini vurğulayan R.Süleymanov deyib: “Dövlətimizin başçısı dəfələrlə çıxışlarında bəyan edib ki, beynəlxalq təzyiqlərə baxmayaraq, Azərbaycan Ordu quruculuğu və silahlanma tədbirlərində israrlıdır və yeni, daha müasir silah sistemlərinin, hərbi texnikaların satın alınması həyata keçiriləcək. 2003-cü ildə Azərbaycanın müdafiə xərcləri 160 milyon ABŞ dolları təşkil etdiyi halda, bu gün il ərzində müdafiə sahəsinə 3 milyard dollardan çox vəsait ayrılır. Bu vəsait hesabına həm ən müasir silah sistemlərinin alınması, həm yerli hərbi sənayenin formalaşdırılması, həm də hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması tədbirləri həyata keçirilir”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org