İlham Eliyev Çili numayende heyeti ile gorusdu

15:43 – xeber – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranı qəbul edib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, dövlət başçısı Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranın bu səfərinin uğurlu olacağına və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.
 
Azərbaycan ilə Çili arasında əlaqələrin o qədər də fəal olmadığını deyən Prezident İlham Əliyev münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayaraq xalqlarımızın bir-birilərini tanımalarının vacibliyini qeyd edib. Dövlətimizin başçısı bunun həm də iqtisadi və digər sahələrdə də əməkdaşlığın fəallaşdırılması işinə yaxşı imkan yaradacağını deyib. Beşinci Bakı Beynəlxalq Humanitar Forumuna dünyada çox böyük marağın olduğunu deyən Prezident İlham Əliyev Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranın Forumda iştirakının önəmini qeyd edib.
 
Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyra ölkəsinin xarici işlər nazirinin Azərbaycanın son illərdə beynəlxalq aləmdə nüfuzunun və hörmətinin artdığı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə onlara məlumat verdiyini deyib və Çilinin münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb. İvan Barros Moreyra ölkəsinin xarici işlər naziri ilə həmçinin Azərbaycanın iqtisadi imkanlarına dair söhbət etdiyini də diqqətə çatdırıb.
 
Sonda xatirə şəkli çəkdirilib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org