İlham Eliyev: "Bu seferin boyuk menasi var"

– xeber – Roma Papası Fransiskin Azərbaycana səfəri bütün bəşəriyyət üçün önəmlidir.

 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Heydər Əliyev Mərkəzində Roma Papası Fransiskin Azərbaycana səfəri ilə əlaqədar keçirilən mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib.

 

"Keçən il Vatikanda görüşərkən mən sizi Azərbaycana dəvət etdim və çox şadam ki, siz dəvəti qəbul edib bu gün ölkəmizə səfər edirsiniz. Bu səfərin çox böyük mənası var. Bu, tarixi bir səfərdir. Bu səfər Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Bu səfər bütün bəşəriyyət üçün önəmlidir. Çünki bu səfər bir daha onu göstərir ki, sivilizasiyalararası dialoq yaşayır, davam edir, güclənir və biz çalışırıq ki, bu dialoqa yeni təkan verək", – deyə dövlət başçısı qeyd edib.

 

O, Vatikan-Azərbaycan əlaqələrinin artıq 24 ildir ki, uğurla inkişaf etdiyini vurğulayıb:

 

"Qeyd etdiyim kimi, qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlər həyata keçirilib. 2012-ci ildə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilib. İlk müsəlman ölkəsinin sərgisi məhz Azərbaycan sərgisi idi. Bizim əlaqələrimiz, eyni zamanda, ictimai təşkilatlar tərəfindən dəstəklənir. Keçən ilin fevralında Cənubi Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın San Marçellinio və Pietro katakombalarının əsaslı təmir və bərpa işlərindən sonra açılışı olub. Bu gözəl hadisə bir daha onu göstərir ki, həm bizim ikitərəfli əlaqələrimiz uğurla inkişaf edir, eyni zamanda, dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsi reallıqdır".

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org