İlham Eliyev: “Bu, arzu edilen menzere deyil…”

10:20 – xeber – Əldə edilmiş uğurlar gərgin iş, beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olub.
 
APA-nın məlumatına görə, bunu bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev deyib. 
 
Dövlət başçısı bildirib ki, bu gün Cənub Qaz Dəhlizinin icrası qrafik üzrə gedir:
 
“Bizim qarşımızda bu gün duran əsas vəzifə Cənub Qaz Dəhlizi ilə bağlıdır. Bu gün Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz hər zaman qarşımıza enerji faktorundan əməkdaşlığı dərinləşdirmək məqsədilə istifadə etmək hədəfi qoymuşuq. Azərbaycan öz resurslarından başqa məqsədlər üçün istifadə etməyib. İstəmişik ki, əməkdaşlığı genişləndirək, qonşuluğumuzda sabitlik olsun, ölkəmizin qüdrətini artıraq. Buna görə də Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında müzakirə olunan məsələlərdə heç bir fikir ayılığı yoxdur, bütün tərəflərin maraqları təmin olunur. Ancaq maraqların uzlaşması şəraitində istədiyimizə nail ola bilərik. İstehsalçı, tranzit və istehlakçı ölkələrin hər hansı biri yalnız öz marağını güdsə, uğurlara nail ola bilməzdik. Enerjidən şantaj, imtiyaz üçün istifadə edilməməlidir. Biz istəyirik ki, Azərbaycanda inkişaf sürətlə getsin, bölgədə sabitlik möhkəmlənsin”.
 
Prezident bildirib ki, dünyada yaranan yeni müharibələr, qarşıdurmalar Azərbaycanı da narahat edir:
 
“Bu, arzu edilən mənzərə deyil. Biz bölgəmizdə sabitlik istəyrik. Yalnız sabitlik şəraitində bölgə, Azərbaycan inkişaf edə bilər”.
 
İlham Əliyev Azərbaycanın müstəqilliyinin 25-ci ildönümündə olduğunu və ölkəmizin bu illər ərzində müstəqil və yaxşı yaşamağa qadir olduğunu göstərdiyini deyib.
 
Dövlət başçısı bildirib ki, neft ölkələri, o cümlədən Azərbaycan üçün 2016-cı il sınaq ilidir:
 
“Azərbaycan bu sınaqdan uğurla çıxır. 2016-cü il sabitləşmə ili olmalıdır, gələn il isə artım olacağına inanıram. Hər il iqtisadi artım olub, indi yeni dövr başlayıb. Ancaq biz istənilən sınaqdan uğurla çıxa bilirik və çıxacağıq”.
 
Prezident İlham Əliyev bildirib ki, əsas məqsədlərdən biri sosial layihələrin ardıcıl icra edilməsidir: “Pensiyalar 10 faiz artırılıb, bütün sosial layihələr icra edilir. Neft qiymətlərinin düşməsi bir növ sınaq oldu. Xarici investorlar bizə inanırlar, biz yaxşı reputasiya qazanmışıq”.
 
Dövlət başçısı qeyd edib ki, dünyanın aparıcı ölkələrinin rəhbərləri bu sərgiyə xüsusi maraq göstərirlər:
 
“ABŞ prezidenti və Böyük Britaniya baş nazirinin təbriklərini göndərməsi sərginin əhəmiyyətini göstərir”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org