İlham Eliyev Britaniya sefiri ile gorusdu

12:07 – xeber – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Kroftsun etimadnaməsini qəbul edib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
 
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
 
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyinin geniş sahələri əhatə etdiyini deyən dövlət başçısı səfir Kerol Meri Kroftsun diplomatik fəaliyyətinin bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
 
Səfir Kerol Meri Krofts ölkəsinin Azərbaycan ilə 20 ildən artıqdır ki, uğurlu əməkdaşlıq etdiyini vurğulayıb. BP-nin ölkəmizə ən böyük sərmayə yatıran şirkət olduğunu qeyd edən səfir Böyük Britaniyanın Azərbaycan ilə əməkdaşlıq imkanlarından danışıb. Azərbaycanda olduğu müddətdə Bakı ilə yanaşı, respublikamızın müxtəlif bölgələri ilə də tanış olduğunu deyən səfir Kerol Meri Krofts xalqımızın qonaqpərvərliyinin və ölkəmizdəki fərqli gözəlliklərin onda dərin təəssürat yaratdığını, Bakının beynəlxalq bir şəhər kimi onu valeh etdiyini vurğulayıb.
 
Azərbaycanın müxtəlif bölgələri ilə tanışlığın ölkəmizi daha yaxından tanımaq üçün yaxşı fürsət yaratdığını deyən dövlətimizin başçısı bu səfərlərin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org