İlham Eliyev Britaniya Kralicasina mektub gonderdi

18:16 – xeber – Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu göndərib.
 
Axar.az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, məktubda qeyd edilir:
 
"Ülyahəzrət,
 
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd gününüz və 90 illik yubileyiniz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
 
Siz dərin məzmunlu və şərəfli bir ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rifahına həsr etmişsiniz. Sizin həyat yolunuz Vətənə və xalqa böyük məhəbbət, sədaqət və ləyaqətlə xidmət nümunəsidir.
 
Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında Sizin müstəsna xidmətləriniz vardır. Bu gün dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, əlaqələrimizin bütün sahələrdə gündən-günə genişlənməsi, bir sıra irimiqyaslı transmilli iqtisadi layihələrdə səmərəli əməkdaşlığımız və tərəfdaşlığımız xüsusi məmnunluq doğurur.
 
Ülyahəzrət,
 
Əlamətdar yubileyinizin qeyd olunduğu belə bir xoş məqamda şəxsinizə və ailənizə olan dərin hörmət və ehtiramımı xüsusi vurğulamaq istərdim. Ölkənizə rəsmi səfərim zamanı Sizinlə görüşümüzü Mehriban xanımla birlikdə həmişə ən xoş təəssüratlarla xatırlayırıq.
 
Bu əlamətdar gündə bir daha Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org