İlham Eliyev Avropa cempionatinin acilisinda

20:49 – xeber – Mayın 5-də Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçular arasında Avropa çempionatının təntənəli açılış mərasimi keçirilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
 
Əvvəlcə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimini izləmək üçün stadiona gələn idman ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.
 
Çempionatın açılış mərasimində rəqqaslar və bu şouda iştirak edən yerli könüllülər çıxışlarında Azərbaycanın qədim ənənələrinə uyğun olaraq onun idman, futbol və həmçinin mədəni komponentlərini nümayiş etdirdilər.
 
Azərbaycan Respublikasının Əməkdar Artisti, “UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016”nın səfiri Röya Ayxan və populyar müğənni Miri Yusif çıxış etdilər. Hər iki müğənni Avropa çempionatının “Biz qalib olmalıyıq!” adlı rəsmi himnini duet şəklində ifa etdilər. Musiqisi İsmayıl Əsədova və Ramin Vəlibəyova, sözləri isə İsmayıl Əsədova məxsus olan himnə futbol mövzusunda klip çəkilib.
 
Daha sonra Azərbaycanın və Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandaları yaşıl meydana daxil olublar.
 
Portuqaliya və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra komandaların oyunu başlayıb.
 
"UEFA U-17" çempionatının Azərbaycanda təşkil olunması barədə qərar UEFA İcraiyyə Komitəsinin 2012-ci il martın 20-də Türkiyənin İstanbul şəhərində keçirilmiş iclasında qəbul olunub. "UEFA U-17" Avropa çempionatının oyunları Bakıda yerləşən 4 stadionda keçiriləcək. Açılış oyunu, yarımfinal qarşılaşmaları və final matçı Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Suraxanı qəsəbəsindəki “Qarabağ” stadionunda yalnız qrup oyunları keçiriləcək. Burada 6 oyun olacaq. 8-ci Kilometr stadionunda 8 (2-si 1/4 final qarşılaşması olmaqla), “Dalğa Arena”da 8 (2-si 1/4 final qarşılaşması olmaqla), Bakı Olimpiya Stadionunda isə 9 oyun təşkil olunacaq.
 
Çempionata mayın 21-də yekun vurulacaq.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org